Rubrikalar: GÜNDƏM MƏDƏNİYYƏT XuralTAC

Xalq artisti Teymur Mustafayev vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Strateq.az-ın məlumatına görə, milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev 2020-ci il iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib.

Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində – Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirib. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirib. Konsert fəaliyyəti ilə yanaşı T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyələrini verib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Tanınmış musiqiçi, gözəl insan Teymur Ağaxan oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MÜSAHİB
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Millətdən qoparılan sərvətlər necə geri qaytarılacaq?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Mirmahmud Mirəlioğlu “Siyasət meydanı”nda: “Savaş yenidənmi başlayır – bizi kimlər idarə edir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Ağsudan Nüşabə Cəfərova danışır: “Vahid Tağıyev prezidenti sabotaj edir!”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 21 sentyabr 2020-ci il, saat 15:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqləyib. Xural.com-un məlumatına görə, bu barədə nazirliyin facebook səhifəsində məlumat yer alıb.…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Zahid Oruc yazır: “Əliyev siyasi olimpə qədəm qoyduğu daha ağır dövrün gündəliyinə yenidən qayıdır…”

Zahid ORUC, STM İdarə Heyətinin sədri, millət vəkili   2004-cü ilin soyuq yanvar günləri… Böyük Heydər Əliyevin siyasi rəqiblərinin nəzərində “kövrək hakimiyyət”in,…

21 Sentyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub. Yenisabah.az xəbər verir ki, həmin…

20 Sentyabr 2020
Xural.COM