Xankəndi kənarından pulemyot atəşləri açılıb

Xankəndi

Şəhərin kənarından pulemyot atəşləri başlayıb.

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağ separatçıları ilə danışıqları zamanı bir neçə güclü partlayış baş verib.

Xural.com-un RİA Novosti-yə istinadən  verilən xəbərə görə, partlayışlarla yanaşı şəhərin kənarından pulemyot atəşləri başlayıb. Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button