Xaricə tez-tez zəng edənlər üçün “WhatsApp”la bağlı – ŞAD XƏBƏR

vatsap27.04.2015

“WhatsApp”da xarici zənglər asanlaşdırılır…

 “WhatsApp”ın tətbiq etdiyi səsli zəng xüsusiyyəti xarici zənglər edən istifadəçiləri sevindirib.

“WhatsApp”ın 2.12.1 nömrəli yenilənməsi istifadəçilərin xidmətinə təqdim edilib. “WhatsApp” bu yenilənmə ilə birlikdə ötən ay “Android” istifadəçilərinə təqdim etdiyi səsli zəng xüsusiyyətini “iPhone” istifadəçilərinə da təqdim edib.

Artıq bütün “WhatsApp” istifadəçilərinin sahib olduğu səsli zəng xüsusiyyəti xüsusilə xaricə zəng edən istifadəçiləri sevindirib.

Xarici zənglərdə operator şirkətlərinin yüksək ödənişlərindən şikayətlənən “WhatsApp”ın səsli zəng yeniliyi ilə artıq yüksək fakturalardan xilas olublar..

İstifadəçilər, demək olar ki, şəhər meydanlarında olan pulsuz Wi-Fi-lara bağlanaraq, “WhatsApp” vasitəsilə tamamilə pulsuz şəkildə xarici zəngləri həyata keçirəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button