Xaricdə döyüşlərdə iştirakda suçlanan 13 şəxs ekstradisiya edilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, Suriyada qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs edilib.

Açıqlamaya görə, əməliyyat-istintaq tədbirləri ilə 13 Azərbaycan vətəndaşının xaricdə gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım çərçivəsində saxlanılaraq ölkələrinə gətiriliblər. CM-in 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə məsuliyyətə cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda adı çəkilən həmin 13 Azərbaycan vətəndaşlarının özləri və yaxınlarının bu ittihamlara münasibəti bəlli deyil.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan yüz minlərlə insanın həlak olduğu, milyonlarla şəxsin ölkələrindən qaçqın düşdüyü bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button