Xarici investorlar 7.6 milyard dollar sərmayəni Türkiyədən çıxardılar

Xarici investorlar 2015-ci ildə 7,6 milyard dollar sərmayəni Türkiyənin maliyyə bazarlarından çıxarıblar.

Strateq.az bildirir ki, bu barədə “Bloomberq” Agentliyi məlumat yayıb.

Belə ki, təkcə ötən ayda və hakim partiyanın Türkiyədəki son seçkilərdə qalib gəlməsi ilə 1,4 milyard dollar xarici sərmayə Türkiyənin maliyyə bazarlarından çıxarılıb.

Digər tərəfdən, Suriya ilə problem və Rusiyanın Türkiyəyə qarşı sanksiya təhdidi ölkə iqtisadiyyatını ciddi təhlükə qarşısında qoyub.

Kapital Ekonomiks və SEB AB təşkilatı isə bildirib ki, Türkiyə lirəsi cari ildə 2008-ci ildən bəri öz illik dəyər azalmasının maksimum dərəcəsinə enib və bu proses davam etməkdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button