XİN: 'Azərbaycan Ermənistanla ikitərəfli birbaşa danışıqlara hazırdır'
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh danışıqları ilə bağlı noyabrın 21-də açıqlama yayıb.
XİN bildirir ki, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır: “Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir”.
Vurğulanır ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.