XİN başçısı: “Britaniya Rusiyaya qarşı beynəlxalq cinayət tribunalının yaradılması ideyasını dəstəkləyir”

“Britaniya Rusiyaya qarşı beynəlxalq cinayət tribunalın yaradılması ideyasını dəstəkləyir”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Biz aydın başa düşürük ki, Prezident Vladimir Putin və Ukraynadakı cinayətlərin arxasında dayanan şəxslər cavab verməlidirlər. Biz bunun üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə çox sıx işləyirik. Britaniya Rusiyanın hərbi cinayətlərinə dair sübutların toplanmasına kömək etmək üçün öz işçilərini Ukraynaya göndərib. Həmçinin beynəlxalq cinayət tribunalının yaradılması məsələsi artıq Ukrayna hökuməti ilə müzakirə olunub”, – o bildirib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button