XİN başçısı Putinin nümayəndəsi ilə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edib

Noyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

Xarici İşlər Nazirliyindən məlumatına əsasən görüşdə tərəflər Azərbaycan və Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi diqqətə alınaraq, bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

XİN başçısı Putinin nümayəndəsi ilə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edib

Tərəflər, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button