XİN-in 3 əməkdaşı saxlanılıb

XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev saxlanılıblar. Bu barədə Dövlət Təhlkəsizlik  Xidmətinin iyulun 10-da yaydığı məlumatda deyilir.

Məlumata görə, bu şəxslər tabeçiliklərindəki şəxslər vasitəsilə çoxsaylı xaricilərin vəsatətlərinin qısa müddətdə həll edilməsi müqabilində müntəzəm surətdə rüşvət almaqda şübhəli bilinirlər.

Məlumatda vurğulanır ki, cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirli bilinirlər, barələrində məhkəmə qərarı ilə  həbs qətimkan tədbiri seçilmişdir.

İyulun 3-də Dövlət Təhlükəsizlik Xidməti (DTX)  Azərbaycan Xarici İşlər Nazirliyində əməliyyat keçirdi Əməliyyat Nəicəsində Nazitliyin İşlər İidarəsinin rəisi Fərhad Mollazadə, Maliyyə İdarəsinin rəsi Səlim Əlizadə, qanunazidd əməllərə görə saxlanılıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button