XİN rəhbəri: “Futbolçuların viza məsələlərində heç bir problem olmayacaq”

Elmar Məmmədyarov

Futbolçuların viza məsələlərində heç bir problemi olmayacaq. 

Xural.com report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü seçilən Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

“Bundan sonra da çalışacam ki, hər iki yerdə işləri yerinə yetirim. Son vaxtlar Azərbaycan futbolunda inkişaf gedir, o cümlədən son zamanlar “Qarabağ” və “Qəbələ” Avropa Liqasına vəsiqə qazandı. Hazırda “Zirə” də yaxşı oyun göstərir, ancaq Avropa turnirlərində iştirak emək üçün təcrübə də önəmlidir. Bu yay görəcəyik Azərbaycan klubları “Çempionlar Liqası”nda necə iştirak edir”, – Məmmədyarov deyib.

E.Məmmədyarov hələ ki, planlardan danışmağın tez olduğunu vurğulayıb: “İşin içində olandan sonra bu barədə danışa bilərəm”.

XİN rəhbəri futbolun nüfuzunu bir az da qaldırmağı təklif edib:

“Özüm də Azərbaycan futbolunun həvəskarıyam və maraqlanıram. Hər dəfə həm yığma, həm də klub oyunlarına getməyə çalışıram. Azərbaycan klublarından “Qarabağ” xoşuma gəlir, “Neftçi” yaxşı oyun göstərir, ümumilikdə Azərbaycan futbolunun həvəskarıyam”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button