Xırdalanda yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb. Xural.com nazirliyə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Xırdalanda yataqxana binasında yanğın başlayıb. APA-nın məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button