Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi yürüşdə on minlərlə insan iştirak edir

26.02.2012

Fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan paytaxtında bu soyqırımın qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi yürüşdə on minlərlə insan iştirak edir.

Yürüş iştirakçıları “Azadlıq” meydanından Xosalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidə istiqamətində hərəkət edirlər. Onlar «Xocalı!», «Dünya Xocalı soyqırımını tanı!», «Qarabağ bizimdir, bizim olacaq! », «Şəhdilər ölməz, vətən bölünməz!» və digər şüarları səsləndirirlər.

Xosalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidənin ətrafındakı küçələr də insanlarla doludur. Onlar qurbanların xatirəsini yad etməklə yanaşı erməni təcavüzünə və dünya birliyinin buna seyrçi mövqeyi tutmasına etirazlarını bildirirlər.

Prezident İlham Əliyev və Azərbaycanın digər rəhbərləri səhər saatlarında Xosalı prospektina gələrək abidə önünə gül dəstəlri qoyublar.

«İctimai palata»-nın rəhbərləri və fəalları da yürüşdə iştirak ediblər.

CONTACT

http://www.youtube.com/watch?v=UbqwjV2VL7M&feature=player_embedded#!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button