Xorvatiya finalda-İngiltərə evə!

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ikinci yarımsinal oyunu keçirilib. Rusiya paytaxtındakı “Lujniki” stadionunda baş tutan qarşılaşmada İngiltərə və Xorvatiya komandaları üz-üzə gəlib.
Komandalar meydana aşağıdakı heyətlə çıxıb:
Xorvatiya: Subaşiç, Vrsalko, Striniç, Lovren, Vida, Modriç, Rakitiç, Brozoviç, Rebiç, Perişiç, Mandzukiç

İngiltərə: Pikford, Uolker, Stouns, Maquayr, Trippyer, Yanq, Henderson, Linqard, Alli, Sterlinq, Keyn.

ngiltərə və Xorvatiya komandalarının qarşılaşmasında erkən qol vurulub. Modern.az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirən Tripyer komandasını hesabda önə çıxarıb.

İngiltərə və Xorvatiya oyununda hesab bərabərləşib. Oyunun 68-ci dəqiqəsində İvan Perişiç Xorvatiyanın bərabərlik qolunu vurub.
İngiltərə və Xorvatiya oyununun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt təyin olunub. Modern.az xəbər verir ki, əlavə vaxtın ilk hissəsində də qapılara qol vurulmayıb. 109-cu dəqiqədə isə Mario Mandzukiç gözəl qolla Xorvatiyanı önə keçirib.

Oyunda başqa qol olmayıb. Və 2-1 qalib gələn Xorvatiya İngiltərəni evə yola salaraq finala çıxıb.

Qeyd edək ki, Xorvatiya finalda Fransa ilə qarşılaşacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button