Xoşbəxtliyi itirənlər

Azərbaycan Britaniya tədqiqatçılarının tərtib etdiyi The World Happiness Report-2018 xoşbəxtlik reytinqində mövqeyini pisləşdirib.

Azərbaycan 85-ci yerdən 87-ci yerə düşüb. MDB ölkələrindən Ermənistan, Belarus və Moldova da reytinqdə itkiyə məruz qalıb. Ermənistan 121-ci yerdən 129-cu yerə, Belarus 67-ci yerdən 73-cü, Moldova 56-cı yerdən 67-ci yerə düşüb.

MDB vətəndaşları arasında ən xoşbəxt Özbəkistan sakinləri olub. Ölkə ümumi siyahıda 44-cü yeri tutub – bu, Birlik öəkərləri arasında ən yaxşı nəticədir. Özbəkistan, birliyin digər ölkələri kimi, bu il “xoşbəxtlik parametrləri” üzrə nəticələrini yaxşılaşdırıb, ötən il tutduğu 47-ci yerdən 44-cü yerə yüksəlib, xəbəri MİR-24 yayıb.

Tacikistan vətəndaşları da hiss olunacaq dərəcədə daha xoşbəxt olublar: ölkə bir ildə 96-cı yerdən 80-ci yerə yüksəlib. Qırğızıstan vətəndaşlarının həyatı bir qədər yaxşılaşıb: ölkə öz mövqeyini 6 bənd yaxşılaşdıracaq,reytinqdə 92-ci yeri tutub.

Qazaxıstanın reytinqi dəyişməyib – ölkə 60-cı yeri əminliklə əlində saxlayır.

Rusiya bir il ərzində 10 bənd geriləyərək, reytinqdə 59-cu yeri tutub.

Uğuru təcəssüm etdirən Gürcüstan 129-cu yeri, Ukrayna 138-ci yeri tutub.

Dünya reytinqinin 156 iştirakçısı arasında Skandinaviya ölkələri ən xoşbəxt ölkələr olub. Reytinqin lideri Finlandiyadır, onun ardınca Norveç, Danimarka və İslandiya gəlir. Həmçinin, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya “xoşbəxtlər” top-10-na daxil olub.

Dünya ölkələrinin xoşbəxtlik səviyyəsi üzrə reytinqi (World Happiness Report) dünya ölkələrində əhalinin xoşbəxtlik göstəricisini ölçən beynəlxalq araşdırma layihəsidir. Araşdırma Kolumbiya Universiteti nəzdində fəaliyyət göstərən “Yer İnstitutu” (The Earth İnstitute) araşdırma mərkəzi tərəfindən Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, “Sabit inkişaf həlləri şəbəkəsi” (UN Sustainable Development Solutions Network) dünya ölkələrinin və ayrı-ayrı regionların öz sakinlərinin xoşbəxt həyatını təmin etməsi nöqteyi-nəzərdən nailiyyətlərini göstərmək məqsədilə aparılır.

Reytinq tərtib edilərkən adambaşına düşən ÜDM səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarının mövcudluğu, təhlükəsizlik və sabahki gündən əminlik hissi, ailələrin sabitliyi, məşğulluq zəmanəti, korrupsiya səviyyəsi kimi rifah göstəriciləri, habelə etimad səviyyəsi, əliaçıqlıq kimi dolayı göstəricilər nəzərə alınır. Qeyd edilən statistik məlumatlardan və dolayı göstəricilərdən başqa, araşdırmanın böyük hissəsini Gellap Beynəlxalq Araşdırmalar Mərkəzinin (Gallup İnternational) müxtəlif ölkələrin sakinləri arasında keçirdiyi özlərini nə dərəcədə xoşbəxt hiss etdikləri haqqında ictimai rəy sorğusunun nəticələri təşkil edir. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button