Xudatda qaz sızması nəticəsində partlayış baş verib

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, fərdi yaşayış evində baş verən partlayış nəticəsində 1978-ci il təvəllüdlü Davud Əlimuradov və evdə qonaq olan Qətibə Teymurova yanıq xəsarətləri alıb.

D. Əlimuradovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində digər qonşuların da evlərinə ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button