Xural TV Əvəz Zeynallı ilə “Əyri oturaq, düz danışaq!..” layihəsinə başladı -ANONS


Xural TV-nin yeni layihəsi olan “Əyri oturaq, düz danışaq!,,” proqramının ilk buraxlışında ilahiyyatçı Elşad Miri və ADP sədri Sərdar Cəlaloğlunun debatına bu gün – martın 25-də saat 21:00-da xuralqezeti1 youtube kanalında baxa bilərsiniz.

“Əyri oturaq, düz danışaq!..” proqramının qonaqlarının hansının əyri, hansının düz danışmasına tamaşaçılar qərar verəcək.

3 saat davam edən debat indiyədək yığılıb qalan çox suallara cavab verir. O baxımdan, həm məlumatlandırıcı və həm də maarifləndrici proqram hazırlamaqda israrlıyıq. Bu layihədə həm də Azərbaycanda müzakirəyə çıxarılmasına cəsarəti çatmayan mövzularla gündəmə gəlməkdə iddialıyıq.

“Əyri oturaq, düz danışaq!..” proqramının bütün buraxılışlarını izləmək üçün facebook səhifəmizi açdıq.

https://www.facebook.com/%C6%8Fyri-oturaq-d%C3%BCz-dan%C4%B1%C5%9Faq-335907077059336/?modal=admin_todo_tour

İlk buraxılışdan başlayaraq, sonadək bütün buraxılışlar bu səhifəyə yerləşdirəcək. Bizi yaxından izləmək üçün xuralqezeti1 youtube kanalımıza

https://www.youtube.com/channel/UCvPVMucmZCYSOJ3aycMGCJA?view_as=subscriber

ABUNƏ OLA və “Əyri oturaq, düz danışaq!..” facebook səhifəmizi BƏYƏNƏ bilərsiniz.

Sizə və yeni layihəmizə uğurlar!

xural.com

 

 

Əlaqəli məqalələr

2 şərh

  1. Əvəz bəy salam,
    İşləriniz hər zaman uğurlu olsun. Azərbaycanın demokratiyaya doğru mühüm işllər görürsünüz. Allah qapınızı açıq etsin, başınızın üstündə olsun hər zaman.
    Verilişin birində Siz RF-sı Qarabağda yaşayan ermənilərə pasportların paylamasını açıqlamışdınız.
    Bildiyiniz kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə görə bir neçə ölkənin vətəndaşları (o cümlədən RF vətəndaşları da) ölkəmizdə vizasıs 90 gün müddətində qala bilərlər.
    Bununla bağlı təklif edirəm ki, RF-na və Qarabağ zonasında yaşayan ermənilərə xəbərdarlıq verilsin ki, ölkədə 90 gün müddəti başa çatmış Rusiyanın vətəndaşlarının (Sülhməramlılar istisna olmaqla) Azərbaycanın ərazisini tərk olunması, onların ölkəyə daxil olması isə yalnız Azərbaycan Respublikasının DSX və Gömrüyündən keçmək şərti ilə təşkil olunsun.
    Xahiş edirəm bu təklifi bütün ictimai və partiya orqanlarına verəsiniz ki, bu prossesə müvafiq diqqə yetirilsin.
    Hörmətlə
    Hörmətlə,

  2. 1. Quliyev Əhməd Qulu oğlu 2. Şaforost Vladimir Fyodoroviç 3. Əliyev Azər Fariz oğlu 4. Əliyev Etibar Üzeir oğlu 5. Altınbayev Fərid İlyasoviç 6. Əliyev Tofiq Məhəmməd oğlu dedi ki:

    Xural İnternet TV proqramının redaksiyasına
    “Bakı Metropoliten” QSC-də elektrovoz maşınistləri işləyən
    1. Quliyev Əhməd Qulu oğlu Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Sergey Yesenin küçəsi 87, mob: 050 671-01-59.
    2. Şaforost Vladimir Fyodoroviç
    Ünvan: Bakı şəhəri, Şirin Mirzəyev küçəsi, ev 76 A, mənzil 1 (mob: 050 5054435
    3. Əliyev Azər Fariz oğlu: ünvan Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 26, mənzi 3
    4. Əliyev Etibar Üzeir oğlu:Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şərifli 100, mənzil 2, mobil: 077 2286764
    5. Altınbayev Fərid İlyasoviç Ünvan: Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 28. mob :055 777-92-13
    6. Əliyev Tofiq Məhəmməd oğlu: Ünvan: Bakı şəhəri, Q.Qarayev prospekti, ev 42, mən 15
    MÜRACİƏT
    Hörmətli redaksiya!
    Biz Səksəninci illərdən bəri Bakı Metropolitenində elektrik qatarların maşınisti vəzifəsində işləyirik. Sovet dönəmində və Azərbaycan müstəqillik əldə etdikdən sonra olan qanunvericiliyin tələbinə görə Metropolitendə eletrik qatarlarların maşınisti “xüsusi zərərli və ağır və zərərli iş” hesab olunurdu və hazırdada hesab olunur. Bizim əmək kitabcamızda da bu iş “xüssusi zərərli və ağır” kimi qeyd olunmuşdur. Hətta buna görə də , əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maşının 16% məbləğində eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir.
    Sovetlər dönəmində metropolitençilər 50 yaşdan, Aəzrbaycan müstəqillik qazanandan sonra isə 53 və 57 yaşdan pensiyaya çıxırdılar.
    Belə ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında 23 sentyabr 1992-ci il tarixli 305№-li Qanunun 13-cü maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:
    a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:
    kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;
    İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir;
    b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:
    kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
    qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verənistehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 №-li siyahıları təsdiq edilmişdir. Qeyd edilən 2№-li siyahıda mənim işlədiyim peşə (iş) nəqliyyat -XXVIII bölməyə aid edilməklə (kod 23001000-Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadaları) aşağıda qeyd olunan kodlarla göstərilmişdir;
    23001000—14409 – elektrik qatarlarının (seksiyalarının) maşinistləri,
    23001000—16887- elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri.
    Azərbaycan Respublikası konstitusiyasının 149-cu maddəsinin VII bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
    “Normativ hüquqi aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsinə əsasən ”Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.”
    Bu o deməkdir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinə müvafiq olaraq 01.01.2006-cı il tarixədək 25 il stajı olan, ondan 12 il 6 ayını zərərli və ağır işlərdə işləmiş kişilər 57 yaşdan pensiyaya çıxmaq hüququnu qazanmışdır və bu qanun həmin şəxslərə şamil edilməlidir. Bizim hər birimiz həmin müddətlərdən artıq iş stajına malik olmaqla və xüsusilə zərərli və ağı işdə q eyd olunan müddətdən artıq işləmişik
    Bu qanununa əsasən çoxlu sayda metropolitendə maşınist işləmiş şəxslər 57 yaşdan pensiyay çıxmışdır. Lakin axır vaxtlartda Sosila Müdafiə Nazirliyi və həmin nazirliyin tabeliyində olan Xüsusi Şərtlərlə Təyinat İdarəsi güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan vermir, pensiyaynın təyin olunmasına əsassız imtinalar verir. İmtinada deyilir ki, Azərbaycan Respublikkası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, oeşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat (21) metropolitençilər bəndində hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompresorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər;dəmiryol və metropolitendə bina, qurğu və texniki vəzifələrin təminin keyfiyyətinə nəzarətrlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər, elektrik mexaniklərivəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur
    “Bakı Metropoliteni” QSC tərəfindən biz 6 nəfər elektrik qatarın maşinistlərin xüsusilə ziyanlı və ağı iş şəraitinə görə 57 yaşdan pensiyaya çıxmaq hüququnun əldə edilməsi ilə bağlı arayışlar verilmişdir ki, həmin arayışlara Xüsusi Şərtlərlə Təyinat İdarəsi məhəl qoymayaraq əsassız imtinalarla bizə pensiyaya çıxmağa mane olur.
    “Bakı metropoliteni” QSC-nin verdiyi A/303 №-li, 15 11..2021-ci il tarixli arayışdan məlum olur ki, “mənim ağır və zərərli əmək şəraitində mənim əmək stajımız kifayət edir ki, biz güzəştli şərtlərlə pensiyaya çıxaq., Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16% məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına və gecə saatlarına görə əlavə ödənişlər edilir.
    QEYD: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 12-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşımasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşaiyət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır.
    Metropolitendə güzəştli şərtlərlə çalışan əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan 21.08.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi. Həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodların Sizə təqdim edirik
    23000000 Nəqliyyat
    -23001000-14241 teplovoz, elektrovoz maşinistlri və maşinist köməkçiləri;
    -23001000-14409-elektrik qatarlarının (seksiyalrının maşinistlrəi);
    -23001000-16887- elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri.
    Eyni zamanda elektrik qatarların maşinistləri və elektrik qatarların maşinist köməkçiləri Azərbaycan Rspublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq oaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “yüksək həssaslıq, həcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraiti iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nada da adları keçmişdir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.1993-cü il tarixli 48 saylı Qərarına əsasən V.Lenin adına Bakı Metropoliteni” qatarların hərəkət xidməti “NNərimanov” adına elektrik deposu adlalndırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Mteropoliteni və “Azərtuneltikinti” SC-nin yenidən təşkilli yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC yaradılmışdır.
    Bizdən başqa hazırda Bakı Mteropoliteni” QSC də elektrik qatarların yaşlanmış maşinistlərin də 57 yaşdan pensiyaya çıxmaq hüquqları pozulmaqda davam edir.
    Xüsusi Şərtlərlə Təyinat İdarəsi qəbul etmir ki, elektrik qatarlarının (seksiyalarının) maşinisti köməkçisinin və maşinistin gördüyü iş zərərli və ağır iş hesab olunmaqla yanaşı həmin işlərin yerin altında (metropolitendə) görülməsi xüsusilə zərəli və ağır hesab olunur. Bu o deməkdir ki, mütləq şəkildə Metropolitendə elektrik qatarların maşinistlərin icra etdiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1993-cü il tarixli 320 saylı Qəraı ilə təsdiq olunmuş“Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verənistehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”da və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da ÖZ ƏKSİNİ TAPMALIDIR. Xüsusi Şərtlərlə Təyinat İdarəsi verdiyi cavaba görə isə metropiltedə elektrik qatarların maşıstlərin icra etdikləri iş “xüsusilə zərəli və ağır” hesab olunansa da, Metropoliten maşınlstləri bu siyahıların heç birinə aid deyil. Lakin bununla belə Metropolitendə elektrik qatarların maşınistlrəin bu siyahılarda hansı kodlara aid olduğunu da. Xüsusi Şərtlərlə Təyinat İdarəsi maşınistlərə verdiyi imtinada qeyd etmir. Halbuki həmin maşınistlərin işi “xüsusilə zərərli və ağır” hesab olunduğuna görə qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1993-cü il tarixli 320 saylı və 23.01.2007-ci il tarixli 12 saylı qərarlarla təsdiq olunmuş Siyahılarda hansı kodlara aid olduğu mütləq şəkildə göstərməlidir. Lakin . Xüsusi Şərtlərlə Təyinat İdarəsi bunu da etməmişdir. Belə çıxır ki, xüsusilə zərərli və ağır işdə işlədiyən metropoliten maşınistləri 57 yaşda pensiyaya çıxmalı olduğum halda, Xüsusi Şərtlərlə Təyinat İdarəsi qeyd edilən Siyahılarda metropolitendə elektrik qatarların maşinistləri sözünün yazılmaması ilə oynayaraq, 57 yaşını keçmiş maşınıstlrəin pensiyaya çıxmasına mane olur, onları hazırkı qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla 65 yaşda pensiyaya çıxmağa məcbur edir. Cavabdeh qurumun rəhbərliyi anlamır ki, Qanunvericiliyə müvafiq olaraq icra eletrik qatarlarını maşınistlərin icra etdiyi iş xüsusilə zərərli və ağır olduğuna görə onalrın 57 yaşdan pensiyaya çıxmağı nəzərdə tutulmuşdur.. Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəhbərliyinə izah etmək mümkün olmur ki, Metropoliten nəqliyyat növünə aiddir, yerin altında elektrik qatarların (seksiyaların) maşinistin iş şəraiti yer üstü elektrik qatarların (seksiyaların) maşinistin işindən qat-qat ağırdır. Bu necə məntiqə sığır ki, yer üstü elektrik qatarların (seksiyaların) maşinistin icra etdiyi iş qeyd ediilən SİYAHILARA düşsün, yerin altında Metropolitenin tunelində eyni vəzifəni icra edən maşinistə bu şamil edilməsin.Çox parodoksal haldır ki, Metropoliten maşınistlərin işlərinə baxmış birinci və ikinci insatansiya məhkəmələri haqlı olaraq maşınistlərin haqlı iddialarını təmin etdiyi halda, Ali Məhkəmənin hakimləri Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov, Zakir Quliyev Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əsassız mövqeyini müdafiə edib, qəbul etdikləri qərarlarla həmin qərarları ləğv edib, işçilərin 57 yaşda pensiyaya çıxmaq hüququnu pozmuşlar.Bu hakimlərin bilərəkdən qanunun tələbini pozaraq belə qərarların qəbul edilməsində Nazirliyin təsirinin olmasını istisna etmirik. Bu üçlük tərkibinin qəbul etdikləri qərarlardan birinin surətini müraciətə əlavə edirik.
    Hörmətli redaksiya!
    Hesab edirik ki, kütləvi informasiyanın nümayəndəsi kimi biz metropolitendə işləyən elektrik qatarların maşinistlərinə qarşı edilən haqsızlığa biganə qala bilmərsiniz. Hesab edirk ki, Əhalinin əmək və sosial müdafiə Nazirliyi və onun strurkturu olaraq Xüsusi Şərtlərlə Təyinat İdarəsinin bizə qarşı etdikləri haqsızlıq və kobud Qanun pozuntusu Sizi biganə qoya bilməzsiniz. Yerin altında xüsusilə zərəli və ağır şəraitdə işləyən elektrik qatarın maşınistləri 57 yeşda pensiyaya buraxmamaqla, dövlət büdcəsinə qənaitin edilməsi hesab edirk ki, qəbul edilən deyil. Nazirliik bizi məcburən 65 yaşına qədər işlətməyə məcbur edir.
    Hörmətli redaksiya!
    Sizin verilişdə bir çox porblemlər işıqlandırılır, onların həlli yolurı araşdırılır. Bakı Metropolitenində elektrik qatarların maşınistləri işində işləyənlərion güzəştli şərtlərlə, 57 yeddi yaşından pensiya hüququ əldə edilməsinə aydınlıq gətirilməsi üçün müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sını və eyni zamanda Azərbaycan Respublikkası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, oeşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın şərh edilməsi üçün müvafiq dövlət qurumlarına sorğu verə bilərsiniz.
    Xahiş edirik “Bakı Metropoliteni” QSC-nin elektrik qatartların maşınistlərinin pensiya ilə bağlı probleminin işıqlandırılması üçün bizi verilişinizdə iştirakımızla bir süjet hazırlayasınız.
    Hörmətlə:
    1. Quliyev Əhməd Qulu oğlu
    2. Şaforost Vladimir Fyodoroviç
    3. Əliyev Azər Fariz oğlu
    4. Əliyev Etibar Üzeir oğlu
    5. Altınbayev Fərid İlyasoviç
    6. Əliyev Tofiq Məhəmməd oğlu

    dekabr 2021-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button