“Xural”-Xoralarını üzə çıxardı. Xoranın yerinə “Xuralı” kəsdilər

ELVİN CAVADOV

İSLAMTİMES  “Xural”ın gərgin günlərində ona dəstəyini bu yazı ilə verdi. “Xural”ın baş redaktoru, hazırda istintaq təcridxanasında cəza çəkən Əvəz Zeynallı bütün azad söz müdafiəçilərinə öz təşəkkürünü bildirir. Unutmayaq! Əvəz Zeynallının müdafiəsi, azad sözün müdafiəsidir. Sözün namusunu mübarizəmizlə qoruyaq.

İSLAMTİMES yazır: Yorulmayın əziz qardaşlar! Bu yazını sizin haqqınızda buraxmışıq. Ümid edirik ki, zülm ölkəmizdən itəcək.

Bəli, Azərbaycanda belə olur həmişə düz danışılan nağılların qəhramanlarının sonu. Qara qüvvələr həmişə qalib gəlirlər. Ancaq artıq uşaqlar bu cür nağıllara qulaq asmaq istəmir. Çünki 21-ci əsrin uşaqları öz qəhrəmanının , qara qüvvələrə yenildiyini, qara qüvvələrin həmişə qalib gəlməsini istəmirlər.

Bu gün Azərbaycanda fəal çalışan, oxucu etibarı qazanan, iqtidarın zülmünü qəzetində əks etdirən və həqiqi müstəqil Azərbaycan görmək istəyən bir neçə qəzetdən biri idi “Xural” qəzeti. Xoralı iqtidar hakimiyyəti və onun xoralı məmurlarının çirkinliyindən bəhs etdiyinə görə, Əvəz Zeynalov həbs edildi. Hansı ki, məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrindən, vəzifələrindən istifadə edib rüşvət almaqlarından və ölkə prezidentinin əmr və göstərişlərini yerinə yetirməməklərindən yazan redaktoru gülünc bir ittihamla həbs etdilər.

Təkrar rüşvət alma, külli miqdarda rüşvət alma və hədə-qorxu tətbiq olunmaqla rüşvət alma kimi maddələrlə ittiham edildi. Niyə deyə sual versək cavabı açıq və ortada. Çünki həmişə Əvəz Zeynalov bu məmurların rüşvətxorluğunu üzlərinə bərk vurub. Bunlarda eləmə tənbəllik öz adlarını qoydular onun üstünə. Sən demə guya maye qazın əhaliyə baha satılmasına, ünvanlı sosial yardımın 6 ayını özlərinə qalan 6 ayını camaata verilməsinə, hicablı şagirdlərin sinifə buraxılmamasına, gömrükdə rüsumdan artıq rüşvət alınmasına bir sözlə Azərbaycanda rüşvət və qanunsuzluqlara səbəb, əlacları olsa deyərlər ki Əvəz Zeynalovdur.

Hakimiyyətin bu oyununu xalq artıq çox gözəl bilir və artıq diskinirlər bunu seyr etməkdən. Müsəlmanları narkotiklə həbs edən hakimiyyətin, Əvəz Zeynalovu rüşvətlə ittiham etməsi elədə qeyri adi bir şey sayılmaz.

Qorxurlar, çünki qorxmaqlarının səbəbi var. Xalqa zülm etdiklərini artıq bilirlər. Bilirlər ki xalq artıq üsyan dərəcəsinə çatıb. Yəni xalq köhnə qayda ilə idarə olunmaq istəmir, hakimiyyət isə yeni qaydalarla xalqı idarə etmir.

Hakimiyyət haqqı danışanın dilini , göstərənin əlini kəsməyin doğru olduğunu düşünür. Belə bir söz vardır: “ Zülmü gördüyün an əlinlə, dilinlə və üçüncü ən zəif olanı isə qəlbinlə mübarizə et! Bəli, Əvəz Zeynalov dili ilə mübarizə etdi. Damarından Azərbaycanlı qanı axan hər bir vətəndandaş Qarabağın düşmən tapdağından azad olmasına, Azad Azərbaycan Respublikasında azad yaşamasına, xalqa zülm edənlərin cəzalandırılmasına ümid edir və bunun üçün mübarizə aparmağı özünə borc bilir. Biz Azərbaycanlılar tarix boyu bir şeylə fərqləndik. Cismimizə vursalarda—Vicdanımıza vura bilmədilər, bilməyəcəklər də.

Əlaqəli məqalələr

1 şərh

  1. Qurtarinda qoyun bir teher yerleşmişik Azərbaycana.Yeyirikdə hərəmiz bir tərəfdən.Kəmaləddin bir tərəfdən,Bəylər müəllim bir tərəfdən Prezident hər tərəfdən yəni bütün yeyilənlər ona çatır.Hə o ki qaldı düz sözə …. Danışmamaq günahdır.Vicdanı olan deməlidir.Vay o günə ki vicdanın sesinə qulaq asmayasan.Onda hər şeyimizi itirərik.Əvəz müəllim sadəcə Azərbaycanlı deyənlər utansınlar .Sizin kimi mərd oğlanın tutulmasına susurlar.Ən azından internet üzərindən mübarizə təşviqat aparmalıdırlar.O ki qaldı başqa qazet və telekanallari hamisi (Azərbaycandaki) xaltalı itdirlər.Sadəcə bəzilərinin xaltası bir az uzun ,bəzilərinin ki isə qisadir.Fərq yoxdur hamisinin ipi hakimiyyətin əlindədir.Şəxsən utansız Azadlıq radiosu Babək Bəkir utanmırlar .Vallah min dənə Babək Bekirə bir dənə sənin saçının tükünü dəyişmərik Əvəz müəllim.Biz bilirik kim kimdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button