“Xural” yağmalananda ANS və İTV harada idilər?!

xuralda müsadirəDƏYƏR uğrunda savaşan “XURAL”ı bağlamağa DƏYƏRMİ?

“Xural” qəzetini bağladılar. O qəzeti ki, daim DƏYƏR savaşına çıxıb. Milli dəyər, mətbu dəyər, dövlət dəyəri, azad söz dəyəri, istiqlal dəyəri, sevgi dəyəri, və nəhayət, İNSAN DƏYƏRİ bu qəzetin fəaliyyətinin əsas prinsipləri olub. Yad mədəniyyətlərin Azərbaycanı ağuşuna aldığını görəndə, ölkəyə 30 İyun Sevgililər Günü kimi bir dəyər gətirib. Kitab tərcümə edib, öz dilimizdə oxumaq dəyərini əsas tutub, bu yolda istiqlal savaşına çıxıb. Bütün bu savaşların içində bir dəyəri şüar edib və qalib gəlib – Dövlət bizim Dövlətimizdir! Bəs niyə bu dəyərlərin daşıyıcısı, təbliğatçısı və sözün əsl mənasında savaşçısı olan bir qəzet bağlandı? Dövlətdən şəxsi maraqlar üçün istifadə edən, xalqın haqqını yeyib Bağdaddakı kor xəlifə kimi mənəmlik nümayiş etdirən bir qrup məmurdurmu dövlətdən güclü olan? Bəs elə isə, demoktariyanın qələbəsindən ağızdolusu danışılan, Azad Sözün, İnsan Haqlarının “tüğyan etdiyi” barədə mədhiyyələr söylənilən Azərbaycanda, gündəlik və ictimai rəyə kidayət qədər təsir etmək gücündə olan bir qəzetin bağlanmasının adı nədir? Axı DƏYƏRli bir mətbuatı susdurmaq kimə lazımdır?..

Bütün bu sualların fonunda DƏYƏR adlı verilişi olan ANS-i xatırladım. Düzdür, bu verilişin yuxarıda sadalanan dəyərlərə heç bir aidiyyəti yoxdur. Sözügedən verilişdə əsasən toy şənliklərinin keçirildiyi saraylar və müxtəlif ticarət obyektləri reklam olunur. Sözüm onda deyil. DƏYƏR deyib ANS yadıma düşəndə, bir vaxtlar müstəqilliyi, azad fikrə qiymət verməyi ilə tanınan bu kanalın 2006-c ıilin payızında (söz vaxtına çəkər) 24 günlük bağlanmasını da xatırladım. Səbəb də çox sadə idi. Bütün televiziyaları nəzarətinə götürmüş hakimiyyətin tam nüfuz edə bilmədiyi yeganə bir kanal qalmışdı – o da ANS! Daim ilanı seyidəhməd əli ilə tutduran hakimiyyət MTRŞ-nin əli ilə ANS-i bağladı. Adını da qoydular ki, ANS-in lisenziyasının müddəti bitdiyinə görə, fəaliyyəti qanunsuzdur. Məsələ ölkə başçısı İlham Əliyevin müdaxiləsi ilə müsbət sonluqla başa çatmış və prezidentin tövsiyəsi ilə ANS-in qanunsuz fəaliyyəti qanuniləşmişdi (şah qanun deyil, qanun şahdır – ifadəsini işlədən adamın qəbri hələ də varsa, yəqin artıq çatlayıb). Bir sözlə, lisenziya alan ANS açıldı. Amma daha əvvəlki ANS-dən əsər-əlamət qalmadı. ATV-yə rəhmət oxutdurdu ANS. ATV Röyanı yarıçılpaq göstərirdisə, ANS lütləyib efirə çıxardı. Bir vaxtlar yalnız korifeyləri verməkdə israrlı olan ANS Üzeyir Mehdizadə kimi  “korifeyləri” sırıdı Azərbaycana. Əxlaqı və cinsi oriyentasiyası şübhəli aparıcıların vasitəsilə xalqa əxlaq dərsi keçdi, ailə dəyərlərindən danışdı… BU gün həmin ANS-dir…

xuralda müsadirəYenidən qayıdaq ANS-in bağlanma prosesinə. O zaman ANS-ə nə ciddi mənəvi və mətbu dəstək “Xural”dan gəlmişdi. Hər həftə ANS-in müdafiəsinə səhifələri ayırmışdı bu qəzet. Kanalın yayımı dayandırılan anda iş-gücünü ataraq kollektiv şəkildə ANS-ə getmiş, mətbu həmrəylik nümayiş etdirmiş və əməli müdafiəsini qurmuşdu ANS-in. Halbuki məlum idi ki, bu məsələ prezidentin həll etdiyi bir məsələ idi və ANS birbaşa prezidentin hədəfində idi. Yəni ANS-ə görə prezidentlə qarşı-qarşıya gəlməkdən belə çəkinməmişdi “Xural” və onun kollektivi…

Keçmişə səyahətdən qayıdaq ANSvari desək, “Ən yeni tarix”ə. Yəni “Xural”ım əmlakının müsadirə olunduğu günə. Ölkədə həftədə  7  dəfə Oxucularının görüşünə gələn cəmi 2 qəzet var. Onlardan birinin  – “Xural”ın əmlakı müsadirə olundu, qəzetin fəaliyyəti dayandırıldı, amma “biz xəbər kanalıyıq” deyib seyrçilərini efirə kökləməyə çalışan ANS-də bu barədə 10 saniyəlik informasiya da verilmədi.  Sonradan Əflatun Amaşovun mövqeyi ilə verilən və daha çox “Xural” qəzetinin ittiham olunması ilə müşayiət olunan reportajda Obyektiv TV-nin materiallarından istifadə etməklə bir xəbər verdilər. Doğrudur, Əvəz Zeynallının mövqeyini də yayımladılar, amma üzrü qəbahətindən betər. Maraqlıdır, görəsən, ANS üçün Əvəz Zeynallını tapmaq bu qədərmi müşkülə çevrilmişdi ki, internet tv-dən sinxron oğurlayırdılar?

Kim tapşırmışdı, niyə tapşırmışdı?

Amma digər kanallar heç onu da verməyə cürət etmədilər. Düzdür, səbəb aydındır, icazə vermirlər, həmkarlarını müdafə etmək istəsələr belə bacarmırlar. Bəs ictimaiyyətin kanalı sayılan, vətəndaşların ödədiyi VERGI əsasında büdcədən maliyyələşən, Avropa Şurası qarşısında bu sahə ilə bağlı konkret öhdəlikləri olan İctimai Televiziyanı (İTV) necə başa düşək? Məgər bu kanalın öhdəlikləri və gördüyü iş yalnız “Eurovision” mahnı yarışmasını təşkil etməkdən, yayınlamaqdan ibarətdir?

Belə laqeyd münasibət bir çox yazılı mətbuatda da müşahidə olundu. Ən çətin anlarında “Xural”ın mətbu və mənəvi dəstəyini almış bir çox qəzetlər gündəmin əsas xəbəri olan “Xural”ın yağmalanması xəbərinə ümumiyyətlə, toxunmadılar. Hər şeyi kənara qoyaq,  dostluq da, tanışlıq da bir kənara, axı istənilən mətbuat üçün bu hadisə xəbər idi, xəbəri qaçırmaq olarmı?! Deməli, mətbuat deyil bunlar…

Deməli, ölkədə doğrudan da “Xural”a ehtiyac var…

Əlaqəli məqalələr

2 şərh

  1. baglana bilmez!.. Inana bilmirem ve razilashmiram.Men Xurali daim oxumuram, amma heqiqeten chox maraqli yazilar rastima chixib onun sehifelerinde. Meselen PETROL serlovheli silsile yazini daim xatirlayiram. Menim de Plagiat kimi heqiqi ciddi elmi movzuda yazimi derc etmek cesaretini gormishem da.Hele o yazidan sonra bashima gelenleri esl vicdan ve adalet sesi ile ishiqlandirib. Hazirlashirdim, hazirlashirdim a AAK-da esl elme qarshi dushmen munasibetini, cefengiyyat ve plagiata yashil ishigi ishiqlandiran rezonans doguracaq yazimi teqdim edim… Haqq sesimi onun guci ile hayqirim…Teessuf!!! Inanin Heyifdi o qazeti baglamaq! Olmaz!!!

  2. bu mürtəce rejim hamını özünə tabe elətdirməkdə israrlıdır, amma Əvəz hamı ola bilməz, Əvəz hamı ola bilsəydi indi onun da bir-iki yerdə “toçkası”, bir-iki yerdə villası və sairəsi var idi, amma Əvəzin daha böyük sərvəti var-bu “XURAL” qəzetidir, qardaş sınıxma, bütün Azərbaycan səninlədir, bu gün siyasətçilərin reytinqini düzünə araşdırsalar, sən siyasətçı olmasanda, əhali böyük fərq ilə öndə səni görər, çünkü bu gün Əvəz deyəndə yada “XURAL”, “XURAL” deyəndə yada AZƏRBAYCAN düşür! “XURAL” bir ÇANAQQALADIR, nə basılmaz, nə keçilməz! bu məğlubiyyət deyil, bu böyük qələbənin təməlidir! yaşasın Azərbaycan və AZƏRBAYCANIN siması “XURAL”! Azərbaycan uzun müddət simasız qala bilməz, qalmamalıdır! hamı “Xural”ın müdafiəsinə, qələbə uzaqda deyil, sadəcə bir az dözmək gərəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button