“XURAL”IN MƏTBUAT ŞURASINA QARŞI QALDIRDIĞI İDDİAYA APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

4 18.12.2013

Dekabrın 19-da saat 10.00-da “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardan şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyilə baxılacaq.

Məlumat üçün bildirək ki, bu il sentyabrın 18-də Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun qərarı ilə “Xural” qəzetinin iddiaları təmin olunmayıb.

Xatırladaq ki, ötən məhkəmə iclasında M.Sadıqovun Ə.Zeynallının sözünü tez-tez kəsməsi, yersiz olaraq fasilələr elan etməsi, açıq şəkildə tərəf nümayiş etdirməsindən sonra baş redaktor hakim M.Sadıqovun məhkəməni idarə etməsilə bağlı Nərimanov rayon məhkəməsinin sədri Tofiq Paşayevə yazılı olaraq etiraz edib. Bunun qarşılığında hakim M.Sadıqov, “yazın, amma kimdir sizin sözünüzə qulaq asan” deyib və Əvəz Zeynallının Nərimanov rayon məhkməsinin sədrinə ünvanlanmış yazılı etirazına baxmadan prosesin başa çatdığını bildirib, “Xural” qəzetinin MŞ-na qarşı qaldırdığı iddiaların təmin olunmadığını elan edib.

Məlumat üçün bildirək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan edib. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Azərbaycan məhkəmələri işə ədalətli baxmadığı təqdirdə, onu Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədir.

   

QEYD: Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsilə – Dələduzluq – cinayət işi qaldırılan Gülər Əhmədovanın əsassız, fakt və dəlil-sübutsuz şikayəti ilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək,  hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edir

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button