Yəhudi nazirin oğlu “Facebook”da müsəlmanları təhqir etdi

İsrailin “Haaretz” qəzeti baş nazir Binyamin Netanyahunun oğlunun Facebookda ərəblər və müsəlmanlar haqqında alçaldıcı şərhlər yazdığı barədə məlumat verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazirin 19 yaşlı oğlu Yair Netanyahu fələstinlilərin İsrailli bir ailənin 5 üzvünü öldürməsindən sonra belə bir şərh yazıb: “Müsəlmanlar nifrəti və ölümü qeyd edir. Terrorun bir dini var və o da islamdır”. Qəzet, həmçinin Yair Netanyahunun 2008-ci ildə etnik qruplar arasında baş verən qarşıdurmadan sonra ərəb iş dünyasını boykot etməklə bağlı çağırış etdiyini yazıb. “Haaretz” həmin şərhlərin Facebook hesabından dərhal çıxarıldığını, Netanyahu ailəsinin vəkili David Şimronun isə bu şərhlərin 16 yaşlı birinə aid olduğunu, buna belə bir məna verilməsini baş nazir və ailəsinin nüfuzuna zərbə vurmaq cəhdi kimi qiymətləndirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button