Ya Rəbbim, məni bağışla…

Mirzə Sakit

Az qalıram, kürsüyə mən dırmaşam,
İstəyirəm mən də müsəlmanlaşam.

Həmdi-xuda bir dənəyik dində biz,
Həccə gedib-gəldi bütün bəndəmiz.
Kim ki deyir, indi mənəm ən təmiz,
Qüsl oxuyub, səcdə düşüb anlaşam
İstəyirəm, mən də müsəlmanlaşam.

Rüşvət alıb toplamışam – var para,
Beh verəcəm bicbala zəvvarlara,
Tövbə deyib, girməyəcəm barlara,
Amma gərəkdir ki, bir az mallaşam
İstəyirəm, mən də müsəlmanlaşam.

Bir neçə təsbeh qoyacam vitrinə,
Qabda gülab, xalq gələcək ətrinə,
Əclaf olam arvad-uşaq xətrinə,
Evdə öküz, tövlədə insanlaşam
İstəyirəm, mən də müsəlmanlaşam.

Kəblə Vəli tezdən alır dəstəmaz,
Düz dayanıb, əyri qılırmış namaz,
Bircə kərəm haqqa üzün tuşlamaz,
Bax belə səccadəyə xub yanlaşam
İstəyirəm, mən də müsəlmanlaşam.

Bir klanın zülmünü tündləşdirən,
Zikr eləyib, şeytanı cütləşdirən,
Dəbbələyib ölkəni bütləşdirən,
Molla filankəs kimi imkanlaşam
İstəyirəm, mən də müsəlmanlaşam.

Ümməbətimiz ciddi qalıb gülməsin,
Qayda budur: şah yaşayıb, şah yesin,
Haqq sözü zindanda yatanlar desin,
Qoysana məsciddə şişəm, canlaşam
İstəyirəm, mən də müsəlmanlaşam.

Həccə gedənlərin nəzərinə:
– Həcc ziyarətinə xərclədiyiniz pulları sanatoriyada xərcləsəniz, həm sağlam olarsınız, həm də Məkkənin canı sizdən xilas olar

Şeyxülislam Hacı Allahşükür Paşazadə
“Çestnıy paren”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button