Yadigar Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edildi

1385039_4955353100339_1471647684_n13.01.2014

Musavat partiyası başqanının müşaviri Yadigar Sadıqlı haqqında bu gün Lənkəran rayon məhkəməsinin çıxardığı qanunsuz qərarla bağlı Demokratik Qüvvələrin Milli Şurası etiraz bəyanatı verib. Bəyanatda deyilir:

“Bu gün Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Milli Şura olaraq məhkəmənin qərarını  qətiyyətlə pisləyirik. Hesab edirik ki, bu addım hüquqa və məntiqə ziddir. 09 oktyabr seçkilərini saxtalaşdıraraq hakimiyyəti zəbt etmiş mövcud iqtidar öz rəqiblərindən qisas almaq üçün insanları şərləmək və həbsə atmaq siyasətini davam etdirir. Məqsəd insanların gözünü qorxutmaq, onları siyasi fəaliyyətlə məşğul olmaqdan uzaqlaşdırmaqdır. Milli Şura hesab edir ki, Yadigar Sadıqlının qanunsuz həbsi fərqli siyasi düşüncəyə malik insanlara qarşı aparılan  repressiyanın tərkib hissə olmaqla yanaşı onun haqqında çıxarılan bu günkü məhkəmə hökmü də absurd və külüncdür. Bu qərar Azərbaycan məhkəmələrində hüquq nihilzimin baş alıb getdiyini göstərir.

Milli Şura Yadigar Sadıqlı başda olmaqla qanunsuz həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını bir daha tələb edir”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button