Yadigar Sadıqov iki ay müddətinə həbs edildi

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi başlayıb.29.06.2013

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi başlayıb. 

Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlunun məlumatına görə, məhkəmə qapalı keçirilir və vəkil Nemət Kərimlidən başqa heç kəs məhkəməyə buraxılmayıb.

Məhkəmənin qarşısında toplaşan müxalifətçilərə isə psixoloji basqılar edilir, məhkəmə binasının pəncərəsindən onların fotoşəkilləri çəkilir. Məhkəmə qarşısında toplaşan müxalifətçilərə gəlincə, onlar bu müdaxilələrə rekaisya vermirlər.Lənkəran rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi açıb.

Lənkərandan verilən xəbərə görə, məhkəmə Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.

Xatıqladaq ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. R.Kərimov iddia edir ki, iyunun 25-də Y.Sadıqlı guya onu döyüb. Kərimovun müraciəti KİV-də yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi Y.Sadıqov barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

Bununla yanaşı iyunun 26-da Sadıqlı ona qarşı fitnəkarlıq edildiyi və həbsinə hazırlıq getdiyi barədə məlumat verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button