Yanan binanın sakinlərinə veriləcək konpensasiyanın həcmi müəyyən edildi – VİDEO

yanan binaAprelin 10-da Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında güclü yanğın baş vermişdi. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmasa da binada yaşayan 60 ailəyə xeyli ziyan dəymişdi. Həmin ailələrə ediləcək maliyyə yardımının təfərrüatları məlum olub.

Aprelin 10-da Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın fəsadları aradan qaldırılır. Sakinlərə dəymiş ziyan müqabilində veriləcək konpensasiyanın həcmi müəyyən edilib:
Nazirlər Kabinetinin qərarına görə yanmış binada mənzillərinə və əşyalarına dəymiş ziyana görə 60 ailənin hər birinə 15 min manat maddi yardım göstəriləcək. Bundan əlavə sakinlərin işıq qaz elektrik və digər kommunal xidmətlərə görə olan borcları silinəcək. Konpensasiyalarla bağlı bütün zəruri tədbirlər artıq həyata keçirilib. Qeyd edək ki, maliyyə yardımından əvvəl yanğın baş verəndən sonra aprelin 11-də 60 ailənin hər birinə 500 manat kirayə pulu verilmişdi.
Maliyyə nazirliyi Xətai rayon icra hakimiyyətinə 900 min manat vəsait ayırıb. Bankların birində artıq sakinlərin adlarına hesab açılıb. Həmin pul vəsaiti həmin hesaba köçürüləcək. İcra hakimiyyətindən verilən məlumata görə yaxın günlərdə sakinlər gedib pullarını ala bilərlər.
Həmin binada mənzillər təmiri yekunlaşmaq üzrədir. Artıq fasadda tamamlanma işləri gedir. Xətai rayon icra hakimiyyətindən verilən məlumata görə 1 həftə müddətində əsaslı təmir yekunlaşacaq və sakinlər evlərinə dönə bilərlər.
Maliyyə yardımları ilə yanaşı sakinlərin yanmış sənədlərinin bərpası da nəzərə alınıb. Bu məqsədlə Sabahdan etibarən ‘Asan xidmət’in səyyar avtobusları bina sakinlərinə xidmət edəcək. (xəzərxəbər)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button