Yanğını söndürdülər, bağlı qapı arxasından qadın meyidi tapıldı

qadinxural.com Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatlara istinadən xəbər verir ki, Qazax rayonu, İkinci Şıxlı kəndində vətəndaşa məxsus “FORD” markalı yük avtomobilinin müharrik hissəsi və salonunda 1 ədəd oturacaq yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qazax rayonu, Fərəhli və Alpout kəndlərinin  bələdiyyələrinə məxsus ərazilərdə 100 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi və ferma yanğından mühafizə olunub. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

Füzuli rayonu, Kürdmahmudlu kəndinin ərazisində 35 ha biçilmiş taxıl sahəsi yanıb.  Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m.olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağın yanar konsturuksiyaları  ev əşyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabad rayonu, Sərhədabad kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha kol-kos yanıb. Yaxınlıqdakı biçilmiş əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 04:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Xaçmaz rayonu, Alıcqışlaq kəndinin Toxumçuluq sovxozu ərazisində 50 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqda olan digər biçilmiş taxil sahələri yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

Kürdəmir rayonu, Sığırlı kəndində vətəndaşlara məxsus “KAMAZ” markalı yük avtomobili ilə  “DAEWOO Gentra” markalı  minik  avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən  yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində minik avtomobilinin yanar  hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 04:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1971-ci təvəllüdlü Əhmədova Ülviyyə Sədaqət qızı bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açaraq, adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Ü.Əhmədovanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:39-da başa çatıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button