Yanğınlarla mübarizə üçün Azərbaycandan Türkiyəyə daha bir heyət gedib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının növbəti qrupu Türkiyədə davam edən meşə yanğınları ilə mübarizə üçün bu ölkəyə gedib.

“Qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir,”- Azərbaycan FHN-in açıqlamasında deyilir.

İyulun 28-dən bəri Türkiyədə davam edən yanğınlar nəticəsində 8 nəfər həlak olub, 400-dən çox insan zərər çəkib.

Türkiyədə son günlər ərzində 100-dən çox meşə yanğını söndürülüb. Bazar günü Antalya və Muğla vilayətlərində beş yanğının yayılmasının qarşısını almaq hələlik mümkün olmayıb.

Ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri Bekir Pakdemirlinin sözlərinə görə, iyulun 28-dən bu yana ölkədə 125 yanğından 117-si ya söndürülüb, ya da nəzarət altına alınıb.

O bildirib ki, hazırda 16 təyyarə, 9 PUA, 45-dən çox vertolyot, 708 çiləyici və 4800 personal ilə meşə yanğınları ilə mübarizə aparılır.

Muğlanın Milas vilayətinin Çökertme kəndində isə yanğın davam edir, lakin rəsmilər deyir ki, buradakı istilik elektrik stansiyası üçün heç bir təhlükə yoxdur.

Avropa Komissiyası bu yanğınlartla bağlı İspaniyadan iki və Xorvatiyadan bir Canadair tipli təyyarə göndərəcəyini açıqlayıb.

Türkiyədəki yanğın fəlakətini yaxından izləyən ölkələr arasında olan Yunanıstan Türkiyəyə yanğınsöndürmə təyyarəsi göndərməyə hazır olduqlarını, lakin bununla bağlı müsbət cavab almadıqlarını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button