YAP bəyanat verdi

Yeni Azərbaycan Partiyası 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən verilən bəyanatda bildirilir ki, erməni vəhşiliyinin növbəti qurbanı olmuş 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümü bütün Azərbaycan xalqını dərindən hiddətləndirib və qəzəbləndirib: “Ermənilərin məqsədli şəkildə, məhz azyaşlı uşaqları hədəf seçən çirkin əməlləri onların uzun illərdən bəri xalqımıza qarşı həyata keçirdikləri soyqırım siyasətinin tərkib hissəsidir. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda ermənilərin ardıcıl olaraq atəşkəsi pozmaları və xüsusilə də mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirmələri əslində onların qeyri-səmimiliyindən və sülhün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa yönələn niyyətlərindən xəbər verir.
Bu ilin mart ayında 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilməsi və digər bu kimi onlarla terror əməli Ermənistanda dövlət siyasəti səviyyəsinə yüksəlmiş irqçi düşüncə tərzinin törətdiyi fəsadlardır. Erməniliyin içüzü məhz belə faktlar zamanı bariz şəkildə ortaya çıxır.
Yeni Azərbaycan Partiyası erməni tərəfin bu cür qanlı, insanlıq anlayışı ilə bir araya sığmayan əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünü və uşaq qatillərini dayandırmaq üçün daha qətiyyətli hərəkət etməyə çağırır”.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button