YAP-ın baş daşı

Döyülvəzdən əvvəl son köşə

Seymur Həzi

Sabirabadda YAP-ın binası yandı. Üstündən xeyli vaxt keçib, amma hələ də maraqlı detallar qalır. Məsələn, polislə partiyanın yerli rəhbərliyinin verdiyi açıqlamalar bir-birini təkzib edirdi. Adının çəkilməsini istəməyən ekspertin, o, həm də bizim əməkdaşımızdır, verdiyi məlumata görə, hadisənin arxasında mistik motivlər durur. Mən öz mənbəmi zərbə altında qoymaq fikrindən uzaq olduğum üçün yuxarıdakı cümlələri Natiq Güləhmədoğlunun işlətdiyini demək istəmirəm.

Desəm, aramızdakı etimad itər. Mən niyə bu mövzuya girdim? İmişliyə yaxınlarımdan birini yoluxmağa gedərkən, YAP-ın yerli təşkilatının qərargahını gördüm. İlk baxışdan mənə elə gəldi ki, bu, nəhəng bir baş daşıdır. Üzərində yazılıb ki, “Yeni Azərbaycan Partiyası İmişli Rayon Təşkilatı.” Sadəcə olaraq mərhumun doğum və ölüm gününü yazmamışdılar. İmişli əvvəllərdən də siyasi proseslərdə aktiv iştirak edən rayon olub. Orada YAP-ın uzun yaşaması onsuz da mümkün deyildi.

YAP-a məzar daşını belə qoyacaqlarına isə inanmırdım. Böyük bir binanı qara mərmər köynəklə örtən Imişli YAP-ı, öz məzarını əslində başqa yerdə qazıb. Rayondan 7 kilometr uzaqlıqda olan Əliqulular kəndinin girəcəyində doqquz-on yaşında bir uşaq qabağımıza çıxır. Neçə yaşının olduğunu soruşuram, dəqiqləşir; 11. Məktəbə gedib-getmədiyi ilə maraqlanıram, ayaqlarını atın çılpaq sağrılarına sıxıb deyir: “Məktəb heç kimə sərf eləmir. Gündə bir şeyə görə pul istəyirlər. Mən də onlara pul verməkdənsə, atımı minib qoyunumu otarıram”. Maşından məni səsləyirlər ki, yola davam etmək lazımdır. Əslində isə onlar bilmirdilər ki, biz yolun bitdiyi yerdəyik. Həyatın dayandığı yerdə. Xırda təpəciyin üstündə otururam və bu kədər dolu gözləri ilə gülməyə çalışan uşağa baxıram…

Yadıma on bir yaşım düşür. YAP hakimiyyətə gəlirdi. Daha doğrusu, qiyam günləri idi. Direktorumuz nə edəcəyini bilmirdi. Beyləqanın mərkəzində nə baş vermişdisə, həmin gün imtahanı ləğv etdilər. Biz ayın 13-də imtahana gəldik. Mənim də bir ağ atım vardı. Heydər Əliyev prezidentin səlahiyyətlərini qəsb etdiyi gün atım öldü. O gündən “At muraddır” sözündən zəhləm gedir. Məktəblərin də, məktəblilərin də həyatını qaraltdı Heydər Əliyev. Müəllimləri də, həkimləri də rüşvətə caladı. Insanlar isə artıq onlara yük olmuş ömürlərini yaşaya bilmədikləri üçün dua elədilər ki, bundan sonrakı “çiçəklənən” Azərbaycandakı ömürləri Heydər Əliyevin ömrünə calansın. Valideynlərimin müstəsna səyləri nəticəsində mən oxudum. Amma neçə-neçə istedadlı tay-tuşlarım həyatlarını qoyun otararaq davam etdirdilər. Onların içərisində incəsənətin və elmin müxtəlif sahələrinə istedadla can yandıranları vardı.

İmişli YAP-ının binası isə böyük bir baş daşından başqa həm də əzəmətli bir qara nöqtəyə bənzəyir. Bütün ölkənin gələcəyini qaraya boyayandan sonra özləri də anladılar ki, qaradan artıq rəng yoxdur. Və özləri bu böyük qara nöqtə ilə mistik bir yekun vurdular. Kim nə deyir desin, mən bundan sonra YAP-ın dirçələcəyinə, nəyəsə iddia edəcəyinə inanmıram. Onun baş daşını öz gözümlə görmüşəm… Xatirəsinə ehtiramla…

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Ərəb politoloqu Abdul Bari Atvan, İnqiltərədə inglis və ərəb dilində nəşr etdiyi “Qüds Arabi” qazetində belə bir məqalə qələmə almışdır.
    Abdul Bari Atvan , ərəb dövlətləri liderlərini tənqid etdiyi üçün onun sahibi olduğu qazetinin , ərəb ölkələrində satışı qadağandır.Amerikalılara göz dağı vermək üçün,BBC tele kanalında qatıldığı proqramlarda əl-Qaidə lideri Usama ben Ladeni, Şeyx Usama Ben Laden adlandırır və səbəbini soruşanda isə cavab verir ki,Amerikalılar inciməsin,Şeyx Usama ben Laden özlərinin yetirməsidir,indi mən şex deyəndə niyə inciyirlr ki? Usama ben Ladeni ,Ağ ev və Pentaqonun şeyxidir.
    Amerikalılara haladır,İranlılara haram?
    Körfəz ölkələri ,Səudiyyə,BƏƏ və Qətər Dövləti ,Bəhreyində süquta uğrayan Bəhreyin kralını xilas etmək üçün əllərindən gələni etdilər.Bəhreyinə, körfəz ölkələrinin təhlükəsizliyini qorumaq üçün ,”dir al cazira” (ərəb yaraım adası qalxanı) xüsusi təyinantılarını göndərdilər və onlarda Bəhreyində şiyələrə divan tutdu.Bəhreyindəki şiyələrdə ,Tunis və Misir xalqının tələbə etdiklərinin eynisini tələb edirdilər.Amma ,demokratiyadan danışmaqdan boğazı yırtılmış Hilari Klinton ,Bəhreyin hadisələrinə susdu.Ən qəribəsidə odur ki,Misirdə meydanlara çıxmağı cihad adlandıran,Qəzzafinin ölüm fetvası verən “Beynəlxalq Müsəlman Ailmləri Birliyinin” sədri Yusf əl-Qardavi,Bəhreyin hadisələrini fitnə adlandırdı və yenədə İranı ittiham etdi.Dərhal ərəb ölkələri qonşu və müsəlman ölkəsi olan İranı ittiham etdilər ki,bizim daxili işlərimizə qarışır.
    Ona görədə bu söz yadım düşdü.Amerikalılara haladır,İranlılara haram? Hansı ki,körfəz ölkələrinin daxili işlərinə qarışan Amerika özüdür.Körfəz ölkələrində Amerikanın bazaları var yoxsa İranın? Amerika çoxdan sizin daxili işinizə qarışmış və hər gün Amerika hərbi təyyarələri sizin hava sahənizdə uçur və lazım olanda sizin hava sahənizi istifadə edərək müsılmanları öldürür.İraqda olduğu kimi.
    Çox qəribə deyilmi? Amerikanın hərbi bazaları olan ölkələr qonşu İranı ittiham edirlər ki,sən bizim daxili işlərimizə qarışırsan.İran rəsmilərinin dəfələrlə bəyanat veriblər ki,biz qonuşularımızın daxili işlərinə qarışmırıq.Bu bəyanatlara rəğmən yenədə İran ittiham edilir.
    Əlbət belədə olmalıdır.Amerikanın hərbi bazası sənin ölkəndə olanda, sən Amerikanın tələblərindən kənara çıxmağın və Amerikanın marağlarını təmin etməməyin absurd olardı.Amerika bununla ,ərəb ölkələrində etdiyi vəhşilikləri ört basdır edir.Ən maralısda İraqda baş verib.İraqda 1 milyon insanı qətil edən Amerika, görürsən yenə İranı, İraqın işlərinə müdaxilə etməkdə ittiham edir.
    Buna ancaq yıxıl ay dünya sözünü demək olar.
    Abdul Bari Atvanın qələmə aldğı məqalədən yola çıxaraq demək istəyirəm ki,Amerika eyni senarini ölkəmizdə həyata keçirir.Bir neçə gündür ki,SOROS fondundan qidalanan bir neçə informasiya agentliyi ,İranı işlərimizə müdaxilə etməkdə günahlandırır.Amma ,nədənsə Amerikanın müdaxiləsindən danışmır.Okeanın o tayından gələn müdaxilə edir yoxsa qonşu və müsəlman ölkə olan İran? Amerikan pərəstlərin mətiqi ilə belə deyərdim.Amerikalılara halaldır ,İranlılara haram? Hansı ki,İranlılar daxili işlərimizə qarışmadığını dəfələrlə bəyan ediblər.Biz əlbəttə ki,heç bir ölkənin daxili işlərimizə qarışmasını istəmirik və bunu rəd edirik.Amma , yaxşı olardı ki,Amerikalıların dili ilə danışmayaq. Əsl ölkəmizə müdaxilə etmək istəyən,ölkəmizdə hərbi baza açmaq isyətən,ölkəmizdə inqilab etmək istəyən məhz Amerikadır.Amerikan pərəstlər görəsən bu barədə nə vaxtsa danışacaqlar.?Amerikanın inqilab arzusunun arxasında ,ölkəmizdə hərbi baza açmaq durmurmu? Mövcud hakimiyyət ,Amerikanın ölkəmizdə hərbi baza açmasına rəd cavabı verdiyi üçün,Amerikalıların inqam alma istəmələri durmurmu?
    Amerikan pərəstlər bu barədə yazsaydılar yaxşı olardı.Bir Amerikan pərəst mənə mesaj göndərib ki,Amerika Azərbaycanda demokratiya gətirmək istəyir.Ona belə sual verdim.Hansı demokratiya,İrqadakı 1 milyon insanı qətl edən demokratiyadanmı? İraqda 13 yaşı müsəlman qızlarını zorlayıb öldürən demokratiyadanmı? Liviyada neftə görə vətəndaş müharibəsi yaradan demokratiyamı? Əfqanıstanda dinc insanları qətl edən demokratiyadanmı? Əfqanıstanda ,Amerikada Quran yandıran keşişə qarşı mitinq qtdiklərinə görə 100 əfqanlıyı qanına-qəltan edən demokratiyadanmı?
    Amerika demokratiyası öldürən demokratiyadır.Amerikada yaşamış və Amerikalıların şirin dilinə aldanmış sapı özümüzdən ,baltası Amerikalılardan olan bəzilərinə deyirəm ki,Amerikadakı yaşayış və demokratiya öz xalqı üçündür.Amma ,Amerika xairicdə isə təmamilə başqa siyasət aparır.Müsəlman ölkələrində, müsəlmanların qanı bahasına öz xalqını yaşadır.Elə bilməyin ki,Amerika öz daxilində olan rahat yaşayış və demokratiyanı başqa xalqlar üçün gətirəcək.Elə olsaydı baxın müsəlman ölkələrinə.Hansında rahat yaşayış var.Hər gün yüzlərə müsəlmanı qətl edirlər.
    Nəysə,son sözümü belə bitirirəm.Amerikalılar haladır,İranlılara haram?
    Bakı Dövlət Universiteti,Şərq Şünaslıq fakultəsinin məzunu
    Eldəniz Muradov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button