YAP-ın “yolkası”nı külək apardı-FOTO

yapın yolkası1

Bu, YAP-ın yıxılan Yeni il “yolkası”dır…

Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının binasının qarşısında quraşdırılan Yeni il “yolkası”nı bu gün əsən sərt külək dağıdıb. xural.com əməkdaşlarının hadisə yerindən verdikləri xəbərə görə, iki gün əvvəl quraşdırılan uca “yolka” Bakı küləklərinə bu gün ram olub. Ancaq bu, YAP rayon təşkilatını narahat etməyib. Partiya yetkililəri uçan “yolka”nın üzərindəki Yeni il oyuncaqlarını götürüb, binanın qarşısındakı təbii küknar ağacının üzərinə asıblar və təbii Yeni il “yolka”sı yaradıblar.

Deməli, əlavə xərc çəkməyə və xeyli pul xərcləməyə ehtiyac yoxdur. Bu qədər xərc qoyub “yolka” qurmaqdansa, təbii küknarlara bel bağlamaq daha yaxşıdır. Fotolar hər şeyi deyir…

yapın yolkası

Bu, təbii küknar ağacıdır…

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button