YAP-la yollarını birləşdirən partiya sədri: “Bizim və digərlərinin atdıqları bu addım…”

Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a birləşməklə bağlı qərarları hakim partiyanın bu gün keçirilən qurultayında qəbul olunub. Bu partiyalardan biri Milli Qurtuluşdur. 1993-cü ildən fəaliyyət göstərən bu partiyaya Vüqar Oruc rəhbərlik edir.

O, qərarlarını Müsavat.com-a bu cür izah etdi: “Bu qəfil qərar olmadı. Bir müddətdir ki, iqtisadçı ekspert kimi KİV-lərdə öz mövqeyimi ifadə edirəm. İndiki siyasi mövqeyimlə həmin mövqeyim eyniyyət təşkil edirdi. Sadəcə bu qərarın şəxsim və üzvlərim tərəfindən qəbul edilməsinin əsas səbəbi son dövrlərdə Yeni Azərbaycan Partiyasının, əsas da partiyanın liderinin, cənab İlham Əliyevin yürütdüyü siyasətdir. Bu siyasət fikirlərimiz, düşüncələrimiz, ideoloji məram və məqsədlərimizlə üst-üstə düşür. Uzun illər idi ki, biz torpaqlarımızın azad edilməsi istiqamətində addımlar atılmasını gözləyirdik və bu baş verdi. Düşündük ki, eyni məramı, düşüncəni daşıyan qüvvələrin dağınıq şəkildə fəaliyyət göstərməyindənsə, birlikdə olmaları daha məqsədəuyğundur. Ona görə də, bu addımı atdıq. Hesab edirəm ki, bizim və digərlərinin atdıqları bu addım Azərbaycanda siyasi sistemin formalaşmasında, siyasi dialoqun inkişaf etdirilməsində mühüm rol oynayacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button