YAP Natanın ümidinə qaldı…

natavan həbibiDaha bir neçə gənc müğənnimiz Yeni Azərbaycan Partiyasının üzvü olub. Prtiyanın rəsmi internet saytının verdiyi məlumata görə, YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirilən “Azərbaycan gəncliyi və müasirlik” konfransında tanınmış gənc sənətçilər – Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə partiya vəsiqələri təqdim olunub.

Partiyanın yeni üzvlərinə vəsiqələri YAP–ın sədr müavini – icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millər vəkili Məlahət İbrahimqızı təqdim edib. Əli Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan Prezident İlham Əliyevin uğurlu siyasəti partiyaya olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.

YAP-ın yeni üzvləri belə bir təşkilata üzv olduqdan məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Gör, YAP nə günə qalıb…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button