YAP siyahıya salmadı – Rəbiyyət Aslanova danışdı

rebiyyet

Xəbər verdiyimiz kimi, bu gün hakim partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb.

Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur.

Siyahıya salınmayan şəxslərin arasında Rəbiyyət Aslanova da var. Xanım millət vəkili “Qafqazinfo”ya açıqlamasında növbəti seçkilərdə iştirak etməyəcəyi haqda məsələni belə şərh edib:

“Partiyamız necə məsləhət bilir elə də olur. Mən bu partiyanın üzvüyəm və YAP-ın qərarına da hörmətlə yanaşıram. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün…”

“Müstəqil olaraq namizədliyinizi irəli sürmək haqqında düşünürsünüzmü?” sualına isə Rəbiyyət Aslanova belə cavab verib: “Yox, elə bir şey düşünmürəm…”.

Xatırladaq ki, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Nəsiminin 10 gün əvvəl vəzifəsindən azad edilən icra başçısı Nəsib Məhməliyevin namizədliyi irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button