YAP Siyasi Şurasının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.

İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.

***

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.

“Report” xəbər verir ki, iclas 15:00-da başlayıb.

İclasda hansı məsələlərin müzakirə olunduğu haqda məlumat veriləcək.

***

“Bu gün saat 15:00-da Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi iclası keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O təklif edib ki, bununla əlaqədar Milli Məclisin iclası fasiləsiz keçirilsin.

Spiker daha sonra deputatları reqlamentə uyğun hərəkət etməyə çağırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button