
Yaşı 10 ildən çox avtomobillərin gətirilməsi məhdudlaşdırılır
Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb
Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Bununla bağlı bugün, martın 29-da baş nazir Əli Əsədov qərar verib.
Amma raritet minik avtomobilləri (qiymətli, nadir) və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna təşkil edir.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.