Yazıçı Kənan Hacı intihar anonsu verdi, həyat yoldaşı isə xəbərsizdir – FOTO

Tanınmış şair, yazıçı Kənan Hacı yazar Mövlud Mövludun intiharından sonra sosial şəbəkədə intihar anonsu verib.

Musavat.com xəbər verir ki, o, “Yoruldum artıq… Günahlarımın bağışlanacağına ümid edirəm… Salamat qalın!” – yazıb.

Kənan Hacı mobil telefonunu söndürdüyü üçün yaxınları onunla əlaqə saxlaya bilmir. Yazıçının yaxın qohumunun musavat.com-a verdiyi məlumata görə, o, dünən şairin evində olub: “Bu gün əlaqə saxlaya bilməmişəm. Amma dünən evlərində idim. Vəziyyətləri çox pisdir. Kənan işsiz olduğu üçün borc içində qalıb, ödəyə bilmir. Həyat yoldaşı müəllimə işləyir, onun maaşı ilə yaşamaqları çətindir. Üstəlik, bildiyiniz kimi, Kənan xəstədir”.

Musavat.com-un əməkdaşı Kənan Hacının həyat yoldaşı İlhamə xanımla əlaqə saxlayıb. Yazıçının həyat yoldaşı Kənandan xəbərsiz olduğunu bildirib: “Mən hazırda işdəyəm, çıxa bilmirəm. Kənan telefonlarını söndürüb, danışa bilmədim. Evə xəbər yollamışam. Özüm gedə bilmirəm”.

Xatırladaq ki, yazıçı-jurnalist Kənan Hacı səkkiz ildən çoxdur ki, Hepatit C xəstəliyindən əziyyət çəkir.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button