Rubrikalar: GÜNDƏM XuralTAC

Yeltsinin keçmiş müşaviri: “Qarabağ məsələsini həll etmək üçün üç nəsil dəyişməlidir”

“Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir”. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.

Xural.com xəbər verir ki, bunu virtualaz.org-ın xüsusi müxbirinə eksklüziv açıqlamasında Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviç deyib.

Stankeviç bildirib ki, zamanla müzakirələrin emosionallığı azalmalıdır, ancaq nəsil dəyişikliyindən sonra da tərəflər barışıq formulunu tapmalı olacaqlar.

“Üçüncü ölkələr, o cümlədən Rusiya iki münaqişə tərəfinin barışmasına və özlərinə uyğun bir razılaşmaya gəlmələrinə təminatçı kimi çıxış etməklə kömək edə bilərlər. Nifrətin nəsildən-nəslə ötürülməsi fikrimcə, pis, bəzi hallarda isə cinayətdir ”, – tarixçi əmindir.

Moskva, Stankeviçin fikrincə, tərəflərin barışmasında müsbət rol oynaya bilər: “Həm Bakı, həm də Yerevanla əla münasibətlərimiz var və düşünürəm ki, tərəflər sülh təşəbbüslərimizə qarşı çıxmayacaqlar”.

Bəs “Moskva zəmanət verə bilərmi ki, onun sülhməramlıları münaqişənin iştirakçısı olmayacaqlar, necə ki, bu Cənubi Osetiyada oldu” sualına cavab olaraq bildirib ki, “onda müəyyən bir insanın konkret avantürası var idi”.

“Düşünürəm ki, dünyada hər kəs Rusiyanın öz sülhməramlılarına qarşı təxribatlara, kimin tərəfindən edilməsindən asılı olmayaraq, heç vaxt yol verməyəcəyinə dair bir dərs aldı. Üstəlik, tərəflər razılığa gəlsələr, Türkiyə sülhməramlı əməliyyatda iştirak edə bilər, xüsusən də nəzərə alsaq ki, Moskva ilə Ankara arasındakı münasibətlər yalnız genişlənəcək.

Bundan başqa, tamamilə mümkündür ki, Türkiyə NATO-nu tərk edəcək”, – deyə Stankeviç vurğulayıb.

Virtualaz.org

Paylaş:

This post was last modified on 6 Sentyabr 2019 1:54 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

28 saylı Sabunçu dairəsi üzrə daha bir şikayət təmin olunmadı-MSK-dan qərar

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün (dünən - red.) keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı…

23 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Jalə Bayramova barəsində cinayət işinin başlanması barədə xəbərlər əsassızdır”-DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) Jalə Bayramovanın barəsində cinayət işinin başlanması barədə yayılan məlumatıara aydınlıq gətirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional…

23 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

MSK Əli Əliyevin şikayətini təmin etmədi

Bu gün (dünən - red.) Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən…

23 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

DTX 6 vəzifəli şəxsin həbs videosunu və adlarını yaydı-VİDEO, FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. Musavat.com-un xəbərinə görə, açıqlamada deyilir: "Azərbaycan Respublikasının…

22 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

YAP-ın deputatlığa namizədi həbs olundu

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirib və başda icra başçısı olmaqla bir neçə vəzifəli şəxs həbs…

22 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ayaz Mütəllibov: “Mən İlham Əliyevlə fəxr edirəm”

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Space telekanalındakı "Sadə həqiqətlər" verilişinin qonağı olub. Virtualaz.org bildirir ki, veriliş zamanı keçmiş dövlət başçısı Azərbaycan Prezidenti…

22 Fevral 2020
Xural.COM