Yeni ədliyyə naziri təyin edilib

Fərid Əhmədov Azərbaycanın ədliyyə naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı bu gün, fevralın 27-də sərəncam imzalayıb.

2000-ci ildən həmin vəzifəni Fikrət Məmmədov tuturdu. 21 ildir ölkəni yönəldən İ.Əliyev fevralın 7-də keçirilən prezident seçkisindən növbəti dəfə qalib ayrıldıqdan sonra yeni hökuməti elan edərkən ədliyyə naziri vəzifəsini boş saxlamışdı. Daha sonra F.Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi.

Fərid Əhmədov bu vəzifəyə təyin edilənədək Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. O, 2022-ci ildən sözügedən vəzifəni icra edib.

2021-2022-ci illərdə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olan F.Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini də tutub. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.

F.Əhmədov 1979-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button