Yeni 28-may.az saytı Elmar Hüseynovun məqaləsini yayımladı

Alqış Həsənoğlu

Sabiq YAP-çı deputat və hakim partiyanın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu, bir neçə illik fasilədən sonra jurnalistikaya geri dönüb.

Strateq.az azpolitika.az-a istinadən bildirir ki, o, bundan sonra fəaliyyətini onlayn mediada davam etdirəcək. Belə ki, A.Həsənoğlu 28-may.az adlı yeni internet saytını təsis edib.

Sayt fevralın 25-dən fəaliyyətə başlayıb.

28 may sayt

Maraqlıdır ki, 28-may.az fəaliyyətə başlar-başlamaz, müəllif yazıları bölməsində qətlə yetirilmiş jurnalistin – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məqalələrindən birini təkrar paylaşıb…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button