Yeni diaspor təşkilatı yarandı-DAP

Xural.com Türkiyədəki mənbələrinə istinadən xəbər verir ki, Dünya Azərbaycanlıları Platformu özünün (DAP) qurucular heyəti və idarəçilərini, bir sıra ölkələrdə ilkin nümayəndəliklərini müəyyənləşdirib.

Xatırladaq ki, mayın 28-də Türkiyədə yaşayan azərbaycanlılar DAP-ın yaradıldığını elan ediblər.

DAP-ın məqsədi öncə Türkiyə, daha sonra isə dünyadakı azərbaycanlılar arasında milli-mənəvi birliyi gücləndirmək, birlik olaraq həmyerlilərimizin problemlərini işıqlandırmaq və köməklik etmək, xaricdə təhsil almağa gedən azərbaycanlı tələbələrə, akademik karyerasını davam etdirməyə çalışan alimlərə, iş qurmaq və ya hansısa yatırım etmək, investisiya qoymaq istəyən iş adamlarına yardım etməkdir.

Təşkilat həmçinin xaricdə müalicə olunması vacib olan xəstələrə lazımı köməklik və dəstəyi göstərmək, Azərbaycan həqiqətlərini və azərbaycanlıları dünyaya daha yaxşı və doğru bir şəkildə tanıtmağa çalışacağını vəd edir.

DAP-ın əsas vəzifələri – azərbaycanlıların milli mənsubiyyətini təmin etmək, Azəbraycan Respulikasına dəstək vermək, Türkiyədə yaşayan azərbaycanlıları yaşadığı bölgənin inkişafına müsbət iştiraka təşviq etmək, Dünyadakı digər Azərbaycan diasporları ilə işbirliyi qurmaq və Türkiyədəki azərbaycanlıları müxtəlif sahələrdə fəaliyyətlərinə dəstək verməkdir.

Bu gün (dünəm – red.) DAP-ın qurucular heyəti və idarəçiləri müəyyənləşdirilib.

DAP-ın qurucuları:

Samir İsgəndəroğlu,

Lalə Həsənova (Antalya Xalqlar Dostluğu Birliyinin rəhbəri),

Cəvahir Əhmədova (İzmirdə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin rəhbəri),

Vəfa Aktuz (Gülüstan Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin rəhbəri),

Kəmalə Qəhrəmanova (Avrasiya Universiteti Çocuq Gelişimi bölümü rəhbəri),

 

DAP-ın rəhbər heyəti:

Samir İsgəndəroğlu – sədr

 

Müavinlər:

Lalə Həsənova (xarici əlaqələr üzrə),

Bikə Əlizadə (mətbuat üzrə),

Elvin Ağayev (Tələbələrin koordinasiyası),

Vəfa Aktuz (maliyyə və vəkflərlə iş üzrə),

Kəmalə Qəhrəmanova (elm xadimləri ilə iş üzrə),

Pərvanə Çetiner (Azərbaycan dərnəkləri ilə iş),

Coşqun Mehdiyev (texniki, reklam və təşkilatı işlər üzrə).

 

İdarə Heyəti:

Samir İsgəndəroğlu – Ankara
Lalə Həsənova – Antalya
Cəvahir Əhmədov – İzmir
İlkin Qulusoy – Qars
Kəmalə Qəhrəmanova –Trabzon
Vəfa Aktuz – İstanbul
Namiq Abdulkərimov – İstanbul
Elvin Ağayev – Ankara

 

Ölkə və Türkiyənin şəhərləri üzrə nümayəndələr

Azərbaycan:

Mehriban Paşayeva – ”Ümumdünya Sülh Federasiyası Beynəlxalq Humanistika İnstitutu” İB-nin İdarə Heyətinin üzvü

Zülfiyyə Əhmədova – Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi


Əskişəhər:

Əskişəhər Azərbaycanalıları Dərnəyi

 

Bursa:

Sevcan Qarayeva (Uludağ universitetinin tələbəsi)

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button