Yeni icra başçısından gəncəlilərə xoş xəbər-QADAĞALAR QALDIRILDI&VİDEO

Gəncənin yeni təyin olunan icra başçısından gəncəlilərə xoş xəbər var. Yeni icra başçısı Niyazi Bayramov artıq illərdir Gəncədə qadağan olunan Aşura tədbirlərinə icazə verib. Bu da “İmam Hüseyn şəhəri” kimi tanınan Gəncə şəhərində əhalinin razılığına və insanların sevincinə səbəb olub. Bu gündən başlayan Məhərrəmlik ayında heç bir qadağa olmayacaq. 100 illərdir insanlar necə ibadət edirlərsə, bu il də eləcə ibadət edəcəklər. Bu da insanların rahat-rahat “İmamzadə” məscidinə gəlməsinə və orada tədbirlərə qatılmasına səbəb olub.

Gəncədə başlayan Məhərrəmlik ayının ilk günündən çəkilən və redaksiyamıza göndərilən eksklüziv çəkilişlərdə insanların sərbəst şəkildə ayinlərdə iştirakı görünür. Xural.com xəbəri dəqiqləşdirmək üçün Gəncənin axundu, Şeyx Allahşükür Paşazadə həzrətlərinin Qərb regionu üzrə təmsilçisi Hacı Tahirlə əlaqə saxladı. Hacı Tahir xəbəti təsdiqləyərək bildirdi ki, yeni icra başçısı təyin olunan kimi bütün qadağaları ortadan qaldırıb: “Bu il təşkil etdiyimiz tədbirlər gəncəlilərə xas tədbirlərdir və yüksək səviyyədə təşkil edilmişdir. Şəhər rəhbərinin qadağaları ortadan götürməsi insanları çox rahatlatdı. Tədbirlər maneəsiz şəkildə məscidlərin içərisində keçirilir və qeyri-ənənəvi bayraqlar və digər şeylər qaldırılmayıb. Xütbəni verən Hacı Etibardır və o, bizim mərsiyəxandır. Burada sakit şəkildə mərsiyələr deyilir və insanlar ibadətlərini yerinə yetirirlər.”

“İmamzadə ziyarətgahında artıq mərasimlər başlayıb. Qadınlar Zeynəbiyyə, kişilər Hüseyniyyə məscidində yığılırlar. İnsanlara ehsan və çay verilir. Bütün məhduidiyyətlər aradan götürülüb. Din-dövlət həmrəyliyi var” – deyən Hacı Tahirin sözlərinə görə, son illərdə bu, Gəncədə ilk tədbirlərdir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button