“Yeni Klinika”nın daha üç əməkdaşı həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” publik hüquqi şəxsin direktoru Pərviz Abbasov, onun işçiləri – Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və onların barələrində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Həmin şəxslər məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

Qeyd edək ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib. Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin rüşvət alma təkrar törədildikdə və təkrar rüşvət almaya köməklik etmə maddələri ilə yekun ittiham elan edilib.

Sabiq baş həkim Pərviz Abbasov, haqqında irəli sürülən ittihamların heç birini qəbul etmir və özünü günahkar hesab etmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button