Yeni Koordinasiya Şurası yaradıldı

 Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Azərbaycan və Gürcüstanın münaqişələrlə məşğul olan təşkilatlarının Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasına Gürcüstan tərəfindən 12 Qeyri-Hökümət Təşkilatının daxil olduğu Koalisiyaya, Azərbaycan tərəfindən QAT və Deportasiya Qurbanları Mərkəzi daxil olublar. Dünən Axşam Koordinasiya Şurasının ilk iclası keçirilib, qurumun fəaliyyət istiqamətləri və prinsipləri müəyyən edilib. “Cənubi Qafqazdakı münaqişələrə dair Koordinasiya Şurası” adlandırılan qurum Cənubi Qafqaz regionunda münaqişələrin ədalətli həllinə ictimai dəstək verilməsi, işğalçı dövlətlərin ifşa edilməsi, məcburi köçkün və qaçqın problemlərinin həllinə yardım göstərilməsi üçün müxtəlif təşkiatların fəaliyyətinin əlaqələndirilməsini nəzərdə tutur. Koordinasiya Şurasının növbəti toplantısının yaxın 2 ay ərzində Tiflisdə keçirilməsi qərara alınıb. Qurum yeni üzvlərin qəbulu üçün açıqdır. Koordinasiya Şurasının üzvləri ilk birgə bəyanatla çıxış ediblər. Bəyanatda göstərilir:

1.   Cənubi Qafqaz regionunda yüzminlərlə insanı qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistanın və Rusiyanın işğalçı hərəkətləri insanlığa və bəşəriyyətə qarşı cinayət kimi pislənilsin.

2.   Rusiya və Ermənistanın işğalçı hərəkətəri regionun stabil və uğurlu inkişafı üçün ən böyük maneə hesab edilsin.

3.   Cənubi Qafqaz regionunda Ermənistan və Rusiya işğalı nəticəsində yüzminlərlə insanın azad yaşamaq, hərəkət etmək, mənzilə sahib olmaq, təhsil almaq, müalicə, öz yurduna qayıtmaq və digər hüquqlarının kobud şəkildə pozulması beynəlxalq təşkilatların nəzərinə çatdırılsın.

4.   Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı referendumun keçirilməsi məqsədəuyğun hesab edilməsin, əgər belə bir refernduma razılıq verilərsə, onda Ermənistandan çıxarılmış 250 min nəfər azərbaycanlı üçün də referendum hüququ tanınsın.

5.   Qaçqın və məcburi köçkünlərin işğal olunmuş ərazilərdə qalmış əmlaklarına, o cümlədən  dövlət tərəfindən verilmiş mənzillərinə hüquqları, bu hüququn nəslən keçməsi haqqı tanınsın.

6.   Münaqişələrə dair danışıqlarda qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququ əsas məsələlərdən biri kimi müzakirə olunsun.

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button