Yeni kütləvi saxlananlar var?

Son günlər Azərbaycanda dindar kəsimdən olan onlarca şəxsin yenidən saxlandığı ilə bağlı məlumatlar var. Yaxınlarının həbs edildiyini deyən bəzi adlarının çəkilməsini istəməyən şəxslərin sözlərinə görə, bu proses fevralın 19-dan başlayıb və kütləvi xarakter alıb: “Gəncədə elə hal olub ki, bir küçədən 7 nəfəri bir gündə saxlayıblar”.

Onların sözlərinə görə, belə hallar Bakıda, Biləsuvarda, Neftçalada, Gəncədə, Astarada və Masallıda olub: “Həbs olunanların hamısını narkotiklə ittiham edirlər. Əslində onları nə vaxtsa Kərbəlaya gedib şəkil çəkdirib, qoyub, Qumda oxuyub deyə tuturlar”.

“Müsəlman Birliyi” Hərəkatından da “ Turan” Agentliyinə belə saxlananlardan bəzilərinin onların üzvləri olduğunu deyiblər.

Amma bütün bu deyilənlərlə bağlı, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan mediasında yer alan müxtəlif məlumatlara görə, keçən ildə paytaxt Bakı və bölgələrdə dindar kəsimdən olan şəxslərin kütləvi həbsi həyata keçirilib. Onda da saxlananlara qarşı əsasən narkotik ittihamının verildiyi deyilirdi.

Amma yerli mediada bütün bu həbslər Azərbaycanın İranla münasibətlərinin gərginləşməsi ilə izah edilirdi. Sonradan iki ölkə arasında münasibətlə normallaşdıqca belə həbslərin də azaldığı bildirilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button