Rubrikalar: MANŞETXuralTAC

Yeni türməbaşı kim olacaq-ÖZƏL

Penitensiar Xidmətin olmaq üçün oliqarxlar yarışa çıxıb…

Ötən ilin sonlarından ölkədə baş verən hadisələr Milli Təhlükəsizlik Nazirliyinin tamamilə dağıdılması və onun yerində yeni iki qurumun yaradılması ilə nəticələndi: Dövlət Təhlükəsizlik Xidməti və Əks Kəşfiyyat İdarəsi. Sabiq MTN-nin bütün məşhur generalları ya həbs edildi, ya da işdən çıxarıldı. MTN-çı zabitlər bir-birinin ardınca həbs edildilər, onların bəziləri isə özünü Bakı İstintaq Təcridxanasının rahat otaqlarında asdılar.

Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələr start götürən kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyev quruma birinci müavin, Nazirliyin ləğvindən və yeni yaradılan qurumdan sonra isə Xidmətin rəisi təyin olundu. Beləliklə də, hakimiyyət üçün bir önəmli sahənin problemi həll edilərkən, başqa və çox önəmli bir sahə başsız qaldı. Çünki Mədət Quliyev eynən zamanın Eldar Mahmudovu kimi özünə yaxın olan bəzi simaları Penitensiar Xidmətdən yanına, Dövlət Təhlükəsizlik Xidmətinə apardı. Penitensiar Xidmət qaldı başlı-başına. Halbuki hazırda ölkənin ən önəmli və kritik sahələrindən biri Penitensiar Xidmətdir və buranın uzun müddət boş qalması heç cür hakimiyyətin işinə yaramır. Hazırda Azərbaycan həbsxanalarında 25.000-ə yaxın məhkum var ki, onların idarə olunması başlı-başına bir məsələdir.

Xural.com-a özəl mənbələrdən daxil olan məlumatda Penitensiar Xidmətə yeni təyinat uğrunda ciddi mübarizə getdiyi bildirilir. Penitensiar Xidmət o qədər önəmli bir sahədir ki, bura hər kəs öz adamını təyin etdirməyə çalışır. Kim orada güclü olsa, sözü də o nisbətdə keçərli olacaq. Çünki prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən biri də həbsxanalardır. Hər 100.000 adama 238 məhkumu olan Azərbaycan bu sahədə Avropa məkanının öncül yerlərindən birində – 4-cü yerdə qərarlaşıb. Deməli, türməbaşı olmaq bu ölkədə önəmlidir.

Xural.com hələ ilk zamanlar yazmışdı ki, amansızlığı və qəddarlığı ilə ad çıxaran Gəncə türməsinin rəisi Şakir Bayramov özünü Penitensiar Xidmətin rəisi görür. Şakir Bayramov Mədət Quliyevin yaxın adamı və dostudur. Xural.com bu dostların Gəncədə ortaq obyektlərinin olduğunu, yanaşı torpaq sahələrinin alındığını da yazmış, qeyd etmişdi ki, Şakir Bayramov hətta yaxın adamlarına general mundiri tikdirdiyini də müjdələyibmiş. Amma bu günlərdə yayılan xəbərlərdə Ədliyyə naziri Fikrət Məmmədovun Şakir Bayramovu işdən azad etdiyi yazıldı. Deməli, Mədət Quliyevin adamı vuruldusa, belə çıxır ki, ən azından, hələlik Mədət Quliyev Penitensiar Xidməti nəzarətdə saxlamaq oyunundan kənarlaşdırıldı. Qalır digər oliqarxlara…

Hüseyn Əlixanov

Xural.com-un əldə etdiyi məlumatlarda deyilir ki, Penitensiar Xidmətin yeni rəisi Hüseyn Əlixanov ola bilər. Hüseyn Əlixanov 2007-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavinidir. Burada işləyib və ölkənin ali rəhbərliyinə yaxınlığı var. İşi bilir. Hazırda Penitensiar Xidmətdə hakim olan görüşə görə, Xidmətə kənardan yox, öz daxilindən kadr gətirilməlidir və Hüseyn Əlixanov elə bu kadrdır.

Hüseyn Əlixanov bir keyfiyyəti ilə də yadda qalan adamdır. O, 1993-cü il qiyamında Surət Hüseynova əsir düşən adamların sırasında olub və onu Surətin zindanından xilas edən adam isə hamının tanıdığı Nemət Pənahlı olub. İnformasiyalı mənbə bildirir ki, elə Nemət Pənahlının həbsdən azad olunmasının səbəbkarlarından biri də, məhz yuxarıda dediyimiz faktla bağlıdır.

İsmayıl Əsədov

Təbii ki, Hüseyn Əlixanovla birlikdə daha bir neçə kadrın da adı Penitensiar Xidmətə rəis vəzifəsinə çəkilir. Bunlardan biri hazırda Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovdur. Mənbə İsmayıl Əsədovun prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun yaxın qohumu olduğunu deyir. Deməli, Bəylər Əyyubov da Penitensiar Xidmətə nəzarəti ələ keçirməyi arzulayanlar sırasındadır.

Həzi Aslanov

Penitensiar Xidmətə rəis olmaq üçün çalışanlardan birinin də DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi general Həzi Aslanov olduğu söylənilir. Həzi Aslanov hakimiyyətdə daha çox ali eşalona yaxınlığı ilə tanınır. İkinci Dünya Müharibəsinin əfsanəvi qəhrəmanı Həzi Aslanovun nəvəsinin təbii ki, torpilə ehtiyacı yoxdur, amma bilənlər və etibarlı mənbələr onun Administrasiyaya yaxın olduğunu deyirlər. Deməli, ən azından DİN Ramil Usubov da türmələrə nəzarət oyununun bir parçasıdır. Son sözü isə təbii ki, bütün oyunları pozan və quran prezident İlham Əliyev söyləyəcək. Bizə isə Penitensiar Xidmətin yeni rəisi olma yolunda döyüşə çıxan namizədlərin adlarını bir daha sadalamaq qalır:

  1. Hüseyn Əlixanov;
  2. İsmayıl Əsədov;
  3. Həzi Aslanov.

Bu mövzuda təhlillərimiz davam edəcək.

xural.com

Paylaş:

Share

Son Əlavələr

“Dünyadakı ən gözəl qız”-ŞEİR

Sevdalı   Səni məndən ayırmağa, Ayrılığın gücü yetməz. Əzrayıl da gəlsə bil ki, Səni məndən ala bilməz.   Əcəl gəlsə…

16 Oktyabr 2018 12:58 səhər

“Şərur İsfəndiyar”a sual: “Bakıda 150-yə yaxın sakin niyə sürünür?”

Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov artıq 5 ildir ki, ona məxsus “Şərur” MTK-dan mənzil alan sakinləri süründürür,…

16 Oktyabr 2018 12:55 səhər

Qızı Nemət Pənahlının həbsindən yazdı: “Daşı günahsız olan atsın!”

Ara-sıra içimdən keçən bütün yaşadıqlarımı yazmaq istəyinə nə vaxt məğlub olacağımı düşünürdüm. Bir gün uzun zamandır ara verdiyim qələm-kağız xəlvətinə…

15 Oktyabr 2018 11:21 axşam

Aydın Canıyevdən yazarlara təbrik yazısı

Aydın Canıyev Möhtərəm və möhtəşəm jurnalist   Murad Anar yaşında, Mirmehdi Murad yaşında... Mən Muradı tanıyanda Anar Muradın indiki yaşındaydı.…

15 Oktyabr 2018 9:18 axşam

Siyasi məhbusa yaxşı xasiyyətnamə verən məmur işdən çıxarılıb

Keçmiş siyasi məhbus Zaur Qurbanlını müsbət xarakterizəe dən məmurun işdən azad edildiyi bildirilir. Bu haqda Turan-a Z.Qurbanlının özü məlumat verib.…

15 Oktyabr 2018 11:55 səhər

Vəkili Nemət Pənahlının işindən apellyasiya şikayəti veriləcək

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunub. Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs…

15 Oktyabr 2018 11:47 səhər
Xural.COM