Yens Stoltenberq: “NATO ölkələrinin hərbi imkanları tükənmək üzrədir”

“NATO ölkələrinin hərbi imkanları tükənmək üzrədir”. Bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, üzv dövlətlər hasilatın həcmini artırmaq üçün işləməlidirlər: “Bizə lazım olan zəruri müqavilələrin imzalanmasıdır. Çünki bu halda hasilat artırılacaq. İndi isə müttəfiqlər Ukraynanı dəstəkləyə bilmək üçün ehtiyatlarını tükəndiriblər”.

Baş katib müqavilələrin bağlanmasını asanlaşdırmaq üçün Alyansın müdafiə sənayesi nümayəndələrini iyunda Brüsseldə keçiriləcək müdafiə nazirlərinin görüşünə qoşulmağa dəvət edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button