Yerə enmiş yadplanetli və uçduğu UNO görüntüləndi – Şok Video

Ufoloji “Men Blək” Yutub kanalının nümayəndələri bu il yanvarın 5-də heyrətamiz görüntü paylaşıb.

Xural.com teleqraf.com-a istinadən xəbər verir ki, bu qəribə videoda bəstəboy humanoid varlıq və trapıyla qalxıb uçduğu boşqab görüntülənib. “Yaşıl adamcıq” boşqaba minəndən sonra UNO havaya qalxıb uçur və ağacların arxasında gözdən itir.

Görüntülər keyfiyyətinin aşağı olması baxımından 90-cı illərin çəkilişlərini xatırladır.

Ufoloqlar çəkilən videonun nə vaxt, kim tərəfindən və harada əldə edilməsi haqda heç bir məlumat verməyiblər. Onlar sadəcə görüntünün naməlum şəxs tərəfindən elekjtron poçta göndərildiyini yazmaqla kifayətləniblər. Görünütünün saxta olduğunu və montajla ərsəyə gətirilməsi ilə bağlı şübhələrini qeyd etmələrinə rəğmən, ufoloqlar videonu öz hesablarında paylaşmaqdan imtina etməyiblər.

Mütəxəssislər bunu da bildiriblər ki, maraqlı olan bir məqam budur ki, adətən saxta təsvirləri mötəbər ufoloji qurumlara göndərmirlər…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button