Yerevanda atışma gedir, yaralananlar var Yenilənib Canlı

Polisin yaydığı məlumata görə, silahlı qrupun tutduğu binadan atəş açılıb. Araik Xandonyanın qrupunun daha iki üzvü yaralanıb. Yaralananlar Artur Melkonyan və Armen Labbaryandır.

***

İrəvanda atəş səsləri eşidilir. Bu barədə “Təsisedici parlament” adlı qurum məlumat yayıb.

Qurumun mətbuat katibi Süzan Simonyan sosial şəbəkədə paylaşdığı məlumata əsasən, Sari taxa adlı yerdə atəş səsləri eşidilir. O həmçinin polis şöbəsini nəzarətdə saxlayan “Sasna çrer” silahlı qruplaşmasının üzvü, “yalquzaq” ləqəbi ilə tanınan Araik Xandoyanın ayağından yaralandığını bildirib. Ona snayper tərəfindən atəş açılıb.

Polis idarəsini tutan dəstənin üzvü Varujan Avetisyan isə vəziyyətin belə davam edəcəyi təqdirdə özlərini müdafiə etmək məqdəsilə silah istifadə edəcəklərini deyib.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button