Rubrikalar: CƏMİYYƏT GÜNDƏM XuralTAC

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Sülhəddin Əkbər Bayden dönəminə hazırlıqdan yazdı: “Görünən geopolitik inkişaf perspektivlərimiz”

Sülhəddin ƏKBƏR Azad Demokratlar Partiyasının və Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri   Sabah – Yanvarın 20-də Co Baydenin and içərək prezident vəzifəsinin…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.  “Qafqazinfo” xəbər verir ki,…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib-FOTO

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa…

18 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov Azərbaycana gətirildi

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirilib. Bu…

18 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

“Samsung”un sahibi həbs edilib

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan…

18 Yanvar 2021
Xural.COM