Yunanıstan bayrağı altında üzən tanker partlayışdan əvvəl kəmər yaxınlığında olub

Yazıda o da qeyd olunur ki, tankerin uzun müddət partlayış baş verən ərazidə dayanması xeyli fərziyyələrə səbəb olsa da ekipajın təxribatda iştirak etdiyini göstərmir

Yunanıstan bayrağı altında Baltik dənizində üzən “Minerva Julie” tankeri 2022-ci il sentyabrın 6-dan bir həftə ərzində “Şimal axını” qaz kəmərinin keçdiyi ərazi sularında olub.

Bu barədə “Business Insider” məlumat yayıb. Qaz kəmərindən partlayış sentyabrın 26-da baş verib.

Məlumatda qeyd olunur ki, tankerin qaz kəmərləri sahəsində dayanmasına diqqət ilk diqqət yetirən Danimarkalı analitik Oliver Alexander olub. Onun sözlərinə görə, təxminən tankerlə eyni yerdə bir yaxta olub. Almaniya mətbuatına görə, bu, sözügedən yaxtanın oarada olması partlayıcı maddələrin çatdırılması ilə bağlı ola bilər.

“Minerva Julie” sahibi “Business Insider”-ə gəminin Baltik dənizində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, tankerin ekipajı səfərlə bağlı yeni təlimatlar gözləyirmiş və bu da standart təcrübədir.

Nəşr yazır ki, sözügedən tankerin uzun müddət partlayış baş verən ərazidə dayanması sosial şəbəkələrdə xeyli fərziyyələrə səbəb olub, lakin mövcud məlumatlar ekipajın təxribatda iştirak etdiyini göstərmir.

2022-ci il sentyabrın sonunda baş verən partlayışda “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib.

Hələ istifadəyə verilməyən bu kəmər Rusiya qazını Almaniyaya, ordan da digər Avropa ölkələrinə nəqlini nəzərdə tuturdu.

İsveç, Danimarka və Almaniyanın araşdırmaları göstərdi ki, qaz kəmərləri partladılıb, lakin günahkarlar hələ də müəyyən edilməyib.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqının hakimiyyət orqanları bunu məqsədyönlü təxribat elan ediblər.
Qərb mətbuatının yazdığına görə, partlayışda Kiyevlə hərəkətlərini koordinasiya etməyən, ukraynayönlü qruplaşmanın əli ola bilər.

Ukrayna prezidenti Kiyevin partlayışlarda iştirakının olmadığını bəyan edib. Volodymyr Zelensky hesab edir ki, dezinformasiya Ukrayna ordusuna hərbi yardımı ləngitmək istəyən ölkələr üçün faydalıdır.

Rusiya hakimiyyəti qəzada ABŞ və müttəfiqlərinin maraqlı olduğunu düşünür.
“The Wall Street Journal” yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi ötən ilin yayında Avropa ölkələrinə mümkün terror aktı ilə bağlı xəbərdarlıq edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button