Zəfər Əhmədov azadlığa çıxdı. – FOTOLAR, VİDEO

Xural.com xəbər verir ki, siyasi məhbus Fuad Əhmədlinin atası siyasi fəal Zəfər Əhmədov azadlığa çıxıb. Bu haqda hüquq-müdafiəçisi tanınmış jurnalist Əvəz Zeynallı öz facebook profilində məlumat verib. Zəfər Əhmədov bir ay əvvəl həbs olunmuşdu. Xətai Rayon Məhkəməsinin qərar ilə barəsində inzibati qaydada 30 sutka həbs verilmişdi və Binəqədi inzibati təcridxanasında saxlanılırdı. Yerli hüquq-müdafiəçiləri Zəfər Əhmədovun bu həbsini qondarma və vətəndaş cəmiyyətinin inkişafına növbəti basqı kimi dəyərləndirərək bəyanat yaymışdılar.
P.S Xural.com kollektivi adından  biz də Zəfər bəyi və ailəsini təbrik edirik,bütün siyasi məhbuslara azadlıq arzulayırıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button